Icma.az
close
up
RU
Azərbaycan ölümə görə dünya lideridir? ARAŞDIRMA

Azərbaycan ölümə görə dünya lideridir? ARAŞDIRMA

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanda 49 min 846 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

Maraqlıdı, Azərbaycanda ölüm səviyyəsi dünyada mövcud olan göstəricilərlə müqayisədə yüksəkdir, yoxsa aşağı?

Beynəlxalq müqayisələr göstərir ki, Azərbaycandakı ölüm səviyyəsi bir çox inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır, lakin region ölkələri ilə müqayisədə orta səviyyədədir. 

Məsələn, böyük əhalisi və yaşlı nəsli ilə seçilən Çin 2025-ci ildə dünyada ən çox ölüm halları qeydə alınan ölkə olub. Ölkədə həmin il ərzində təxminən 11 716 325 nəfər ölüb.

Bu, həm əhalinin çoxluğu, həm də yaşlı nəsilin artması ilə bağlıdır. Çin üçün hər 1 000 nəfərə düşən ölüm sayı 8,3 təşkil edib ki, bu da əvvəlki ilə 2024-cü ilin 8,2 faiz göstəricisi ilə müqayisədə bir qədər artıb.

Hindistan da yüksək ölüm sayına malik ölkələr sırasındadır. 2025-ci ildə Hindistanda təxminən 9 717 146 nəfər vəfat edib. Hər 1 000 nəfərə düşən ölüm sayı 7,53 olaraq qeydə alınıb ki, bu da 2024-cü ilə nisbətən az da olsa artımı göstərir. 

Hindistanda yüksək ölüm sayı ölkənin böyük əhalisi ilə yanaşı, tibbi xidmətlərin zəif olması  ilə əlaqədardır. Bu rəqəmlər göstərir ki, əhalinin sayı nə qədər çox olarsa, ölüm sayı da bir o qədər yüksək ola bilər, lakin ölüm nisbəti ölkənin  həyat səviyyəsi ilə də bağlıdır.

Avropada isə ən yüksək ölüm göstəricilərindən biri Almaniyada müşahidə olunub. 2025-ci ildə burada təxminən 1 041 598 nəfər ölüb və hər 1 000 nəfərə düşən ölüm sayı 11,77 təşkil edib. Bu nisbət 2024‑dəki göstəricidən yüngül artımla 11,76‑dan 11,77‑yə yüksəlib.

ABŞ, Nigeriya, İndoneziya, Rusiya və Pakistan da 2025-ci ildə ölüm sayına görə dünya statistikasında yüksək yerlərdədir.

ABŞ-da 3 089 996, Nigeriyada 2 745 394, İndoneziyada 2 203 297, Rusiyada 1 865 750, Pakistanda isə 1 640 577 nəfər vəfat edib. Bu rəqəmlər göstərir ki, ölüm sayı yalnız əhalinin çoxluğu ilə deyil, həm də sağlamlıq şəraiti, xəstəliklərin yayılması və əhali tərkibi ilə sıx bağlıdır.

Ümumilikdə, Azərbaycandakı ölüm səviyyəsi dünya ölkələri ilə müqayisədə nisbətən aşağı olsa da, xroniki xəstəliklər və yaşlı əhalinin artması gələcəkdə ölüm səviyyəsini dəyişdirə bilər.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri