Icma.az
close
up
RU
Azərbaycan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Sammitində MPM təcrübəsini təqdim edib

Azərbaycan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Sammitində MPM təcrübəsini təqdim edib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Slovakiyanın Bratislava şəhərində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş Ombudsmanların Beynəlxalq Sammitində iştirak edib.

Ombudsman Aparatından 525.az-a verilən məlumata görə, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində əldə olunmuş müsbət təcrübələrin mübadiləsi məqsədilə təşkil edilmiş beynəlxalq tədbirdə Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən müvəkkil bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Səbinə Əliyeva Azərbaycan ombudsmanının Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib, Ombudsman və Milli Preventiv Qrupun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə mütəmadi olaraq başçəkmələrin həyata keçirildiyini, saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin verildiyini, bu sahədə müsbət təcrübələrin əldə edildiyini, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində MPM mandatının bir qədər də genişləndirildiyini diqqətə çatdırıb.

Müvəkkil, həmçinin məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyini, ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 900 məhkumun əfv edildiyini diqqətə çatdırıb.

Beynəlxalq Sammit çərçivəsində insan hüquqları sahəsində fərqlənmiş şəxslərin mükafatlandırılması mərasimi keçirilib, həmin tədbirdə beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, 25 ölkənin səfiri, o cümlədən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev iştirak edib.

Tədbirin sonunda Ombudsmanların Sammitinin yekunlarına dair Bratislava Bəyannaməsi qəbul olunub.

Daha sonra Səbinə Əliyeva Slovakiya Respublikasının Avropa İşləri üzrə Milli Şurasının Komitəsində keçirilmiş görüşdə iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri