Azərbaycan onları insan alverinə görə beynəlxalq axtarışa verib
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, keçən il məhkəmələr tərəfindən 2-i keçmiş illərdən olmaqla 4-ü kişi, 10-u qadın olmaqla, 14 insan alverçisi (onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onlardan 3-ü şərti azadlıqdan məhrum olunub.
İnsan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 (sabit) insan alverçisi tutulub.
Həmçinin hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışının davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 May 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















