Icma.az
close
up
RU
Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını genişləndirir YENİLƏNİB

Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını genişləndirir YENİLƏNİB

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

"Cebheinfo.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, GECF-in Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isə COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumat verilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkret nəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanı təqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib. OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1 QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunu bildirib.

Nazir GEIDCO-nun sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda “təmiz enerji”nin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə “Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim Fəaliyyətini Sürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhs edilib.

11:00

Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını daha da genişləndirmək barədə razılığa gəlib.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə səmərəli görüş keçirib: “COP29 Sədrliyinin enerji keçidini dəstəkləyən təşəbbüsləri barədə fikir mübadiləsi apardıq. Dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhlizləri” və “Masdar” şirkəti ilə həyata keçirilən 1 QVt gücündə külək-günəş enerjisi layihələri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri