Icma.az
close
up
RU
Azərbaycan Ordusu Vətənimizin müdafiəçisi, xalqımızın qürur mənbəyidir

Azərbaycan Ordusu Vətənimizin müdafiəçisi, xalqımızın qürur mənbəyidir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Min illər boyu bir çox xalqlar torpağını, dövlətini, milli əlamətlərini itirərək tarix səhnəsindən yoxa çıxmışdır. Azərbaycan xalqının bu günə öz ərazisi, dövləti, dili və mədəniyyəti ilə gəlib çıxması tarixi xoşbəxtlik kimi babalarımızın yurd sevgisindən, torpağı qoruyub saxlamasından güc almışdır.

Heydər Əliyev hakimiyyətə gəldiyi dönəmdə isə ordumuz daha da gücləndi və demək olar ki, yenidən quruldu. Ordu quruculuğunun inkişafı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Elə bunun nəticəsidir ki, ordumuz cəmi 44 gündə 30 illik düşmən əsarətində olan torpaqları azad etdi. Dünya hərb tarixinə adını qızıl həriflərlə yazdı.

Ulu Öndərin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.

Ordunun infrastrukturunun yenilənməsi, kadr hazırlığının dünya təcrübəsi səviyyəsinə qaldırılması, şəxsi heyətə qayğının daha da artı-rılması. qoşunları döyüş hazırlığına yeni tələblərin irəli sürülməsi ordunun döyüş qüdrətini yüksəltdi. Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf etmək məcburiyyətində qaldılar. Yenidən elmi-nəzəri əsaslar üzərində qurulmasına ulu öndər Heydər Əliyevin prezidentliyi illərində başlanan Azərbaycan Ordusu dünyanın 50 güclü orduları sırasında yer tutdu.

Dövlət başçısı İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində Milli Ordumuz daha da təkmilləşir, ən müasir hərbi qüvvə kimi güclənir. Azərbaycanın Silahlı Qüvvələri müstəqil dövlətimizin etibarlı müdafiəçisi, xalqımızın qüdrətli güvənc yeri, sonsuz qürur mənbəyidir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edir və öz Vətəninə sadiqdirlər.

Bu gün müasir standartlara uyğun təkmilləşən ordumuzun, ən yeni silahlara sahib olan Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi dünya hərb məktəbləri tərəfindən öyrənilir və öyrədilir.
Prezident İlham Əliyev: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

Bu gün biz fəxrlə, qürurla ordumuzdan danışırıq. Hər bir Azərbaycanlının qəlbində Vətən sevgisi yaşadıqca, daim var olduqca Azərbaycan da yaşayacaqdır.

Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyun 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri