Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

​SÜNİ MAYALANMA İSLAMDA HARAMDIRMI? İlahiyyatçı icazə verilən halları AÇIQLADI

​SÜNİ MAYALANMA İSLAMDA HARAMDIRMI? İlahiyyatçı icazə verilən halları AÇIQLADI

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Övlad sahibi olmaqda çətinlik çəkən ailələr üçün süni mayalanma müasir tibbin mühüm imkanlarından biri hesab olunur. Bu üsul bir çox ailəyə valideyn olmaq arzularını reallaşdırmağa kömək etsə də, prosedurun dini baxımdan qəbul edilməsi ilə bağlı suallar yaranır. Xüsusilə donor hüceyrələrindən və daşıyıcı ana xidmətindən istifadə İslam dinində mübahisəli məsələlər sırasındadır. 

Bəs İslam dinində süni mayalanmaya münasibət necədir və hansı hallarda bu üsula icazə verilir? Donor hüceyrələrindən və daşıyıcı ana xidmətindən istifadə niyə qadağan olunur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, insanın övlad sahibi olmaq arzusuna, ailənin mənəvi dünyasına və müasir tibbin yaratdığı imkanlara hörmətlə yanaşır: “Övlad sahibi olmaq hər bir ailənin təbii arzularından biridir. Bu arzu uzun müddət gerçəkləşmədikdə ər-arvadın hansı mənəvi və psixoloji çətinliklər yaşadığını da nəzərə almaq lazımdır. Ona görə də belə ailələrə qarşı həssas və anlayışlı olmaq vacibdir. Onları qınamaq, ümidsizliyə sövq etmək və ya övlad sahibi ola bilməmələrini dini baxımdan hansısa mənfi halın əlaməti kimi təqdim etmək doğru deyil”.

Onun fikrincə, süni mayalanmanı bütövlükdə haram hesab etmək düzgün yanaşma deyil. İslam dini xəstəliyin müalicəsini, insanın sağlamlığının qorunmasını və tibbin imkanlarından faydalanmasını inkar etmir: “Əksinə, Peyğəmbərimiz (s.ə.s) buyurub: “Ey Allahın bəndələri, müalicə olun! Çünki Allah elə bir xəstəlik yaratmayıb ki, onun dərmanını da yaratmasın”. Bu hədis Əbu Davudun və Tirmizinin hədis külliyyatlarında nəql olunub. Əlbəttə, övlad sahibi ola bilməmək hər zaman xəstəlik kimi qiymətləndirilməsə də, bunun tibbi səbəbləri və müalicə imkanları mövcuddur. Əgər müasir tibb müəyyən problemlərin aradan qaldırılması üçün süni mayalanma üsulunu təklif edirsə, bu imkandan İslamın müəyyən etdiyi sərhədlər daxilində istifadə edilməsinə müsbət yanaşıram.

Qurani-Kərimin Şura surəsinin 49-50-ci ayələrində Allahın istədiyinə qız, istədiyinə oğlan övlad bəxş etdiyi, istədiyini isə övladsız qoyduğu bildirilir. Bu ayələr bizə övladın Allahın neməti və iradəsinə bağlı bir bəxşiş olduğunu xatırladır. Ancaq bu, insanın müalicə axtarmamalı, tibbin imkanlarından istifadə etməməli olduğu mənasına gəlmir. İnsan xəstələndikdə müalicə axtardığı kimi, övlad sahibi olmaqla bağlı tibbi problem yaşadıqda da müvafiq müalicəyə müraciət edə bilər. Müalicəyə başlamaq Allahın iradəsinə qarşı çıxmaq deyil. Səbəblərdən istifadə etmək də insanın məsuliyyətidir”.

İlahiyyatçı qeyd edib ki, burada əsas məsələ süni mayalanmanın hansı formada həyata keçirilməsidir. Mənim dini baxımdan doğru hesab etdiyim üsul ər-arvadın öz reproduktiv hüceyrələrindən, yəni kişinin spermasından və qadının yumurta hüceyrəsindən istifadə edilməklə həyata keçirilən mayalanmadır: “Bu zaman yaranan embrion da həmin nikahda olan qadının öz bətninə yerləşdirilməlidir. Başqa sözlə, mayalanmada üçüncü bir şəxsin iştirakı olmamalıdır. Əlbəttə, prosedurun nikah münasibətləri qüvvədə olduğu müddətdə həyata keçirilməsi və tibbi baxımdan zəruri şərtlərə əməl edilməsi də vacibdir. Bu məsələdə mənim mövqeyim təkcə şəxsi qənaətə əsaslanmır. Beynəlxalq İslam Fiqh Akademiyası 1986-cı il oktyabrın 11-16-da İordaniyanın Əmman şəhərində keçirilən üçüncü sessiyasında süni mayalanma ilə bağlı 16 (4/3) saylı qərar qəbul edib. Həmin qərarda ər-arvadın öz sperma və yumurta hüceyrəsindən istifadə edilərək laboratoriya şəraitində mayalanma aparılması və yaranmış embrionun həmin qadının öz bətninə yerləşdirilməsi, eləcə də ərin spermasının tibbi üsulla birbaşa öz həyat yoldaşının uşaqlığına yeridilməsi müəyyən şərtlərlə icazəli hesab olunub. Qərarda digər şəxslərin reproduktiv hüceyrələrindən və ya başqa qadının bətnindən istifadə edilən üsullar isə qadağan edilib.

Donor spermasından istifadə məsələsinə gəlincə, burada söhbət yalnız tibbi prosedurdan getmir. Bu, eyni zamanda nikah münasibətlərinə, uşağın bioloji mənşəyinə, nəsəbinə və gələcəkdə hüquqi statusuna aid olan ciddi məsələdir. Əgər ailədə doğulan uşağın genetik atası nikahda olduğu kişi deyil, başqa bir şəxsdirsə, artıq üçüncü tərəf ailənin reproduktiv münasibətinə daxil edilmiş olur. Donor yumurta hüceyrəsindən istifadə də eyni problemləri yaradır. Çünki bu halda uşağın genetik anası ilə onu dünyaya gətirən qadın fərqli şəxslər olur”.


Ə.Həsənov əlavə edib ki, daşıyıcı ana məsələsi də bu baxımdan mürəkkəbdir: " Tutaq ki, ər-arvadın öz hüceyrələrindən embrion yaradılır, lakin həmin embrion başqa qadının bətninə yerləşdirilir. Bu zaman uşağın genetik mənşəyi ilə onu bətnində daşıyan və dünyaya gətirən qadının analıq statusu arasında ciddi hüquqi və dini suallar meydana çıxır. Analıq yalnız genetik məlumatla məhdudlaşmır. Hamiləlik, doğuş, ana ilə uşaq arasındakı bioloji və fizioloji əlaqə də nəzərə alınmalıdır. Buna görə də daşıyıcı ana xidmətini adi tibbi yardım kimi qiymətləndirmək doğru deyil.

İslamda nəsəbin (nəslin) qorunması mühüm məqsədlərdən biridir. Klassik İslam hüququnda bu məsələ şəriətin əsas məqsədləri sırasında yer alan nəsil və ailə institutunun qorunması prinsipi ilə əlaqələndirilir. Donor hüceyrələrindən istifadə zamanı uşağın bioloji mənşəyinin müəyyənləşdirilməsi, qohumluq əlaqələri, gələcək nikah qadağaları, vərəsəlik və digər hüquqi məsələlər ortaya çıxa bilər. Burada məqsəd övlad sahibi olmaq istəyən ailələrin qarşısına maneə qoymaq deyil. Məqsəd uşağın hüquqlarını, mənşəyini və ailə münasibətlərinin aydınlığını qorumaqdır.

Müasir İslam alimlərinin də böyük bir qismi bu məsələdə oxşar mövqedədir. Məsələn, tibb və İslam bioetikası sahəsində araşdırmaları ilə tanınan Məhəmməd Əli əl-Bar və Hüseyn Çəmsi-Paşa özlərinin "Contemporary Bioethics: Islamic Perspective" əsərində tibbi yardımçı reproduktiv üsulların ər-arvadın öz reproduktiv hüceyrələri və qadının öz bətnindən istifadə edilməklə həyata keçirilməsini qəbul edir, donor sperması, donor yumurtası, embrion donorluğu və daşıyıcı ana xidmətini isə İslamın ailə və nəsəb prinsipləri ilə uzlaşmayan üsullar kimi qiymətləndirirlər.

Bununla yanaşı, müasir tibbin inkişafı yeni suallar da ortaya çıxarır. Məsələn, laboratoriyada yaradılmış embrionların saxlanılması, nikahın boşanma və ya ölüm nəticəsində sona çatmasından sonra həmin embrionlardan istifadə, tibbi materialların qarışdırılması ehtimalı və donor məlumatlarının gizli saxlanılması kimi məsələlər ayrıca dini və hüquqi qiymətləndirmə tələb edir. Ona görə də bu sahədə yalnız dini biliklərə deyil, müasir tibbin imkanlarına və mütəxəssislərin rəyinə də ehtiyac var”.

İlahiyyatçı hesab edir ki, Azərbaycanda süni mayalanma sahəsində dini, tibbi və hüquqi məsələlərə kompleks yanaşılmalıdır: "Xüsusilə tibbi müəssisələrdə ər-arvadın öz reproduktiv hüceyrələrindən istifadə olunmasına, bioloji materialların düzgün identifikasiyasına, onların qarışdırılmasının qarşısının alınmasına, məlumatların məxfiliyinə və valideynlik hüquqlarının qorunmasına ciddi nəzarət edilməlidir. Bu, həm ailənin, həm də dünyaya gələcək uşağın hüquqlarının qorunması baxımından vacibdir.

Süni mayalanmaya qarşı deyiləm. Əksinə, övlad sahibi olmaqda çətinlik çəkən ailələr üçün müasir tibbin yaratdığı imkanları müsbət qiymətləndirirəm. Ancaq bu imkanlardan istifadə edərkən dini, mənəvi və hüquqi meyarlar qorunmalıdır. Ər-arvadın öz hüceyrələri ilə, öz nikah münasibətləri çərçivəsində həyata keçirilən süni mayalanma ilə donor hüceyrələrindən və daşıyıcı ana xidmətindən istifadəni eyniləşdirmək olmaz. Bunlar mahiyyət etibarilə fərqli məsələlərdir.

Əsas məqsədimiz həm insanın övlad sahibi olmaq arzusuna hörmətlə yanaşmaq, həm də ailə institutunu, uşağın mənşəyini və hüquqlarını qorumaq olmalıdır. Din insanın həyatını çətinləşdirmək üçün deyil, ona mənəvi istiqamət vermək və hüquqlarını qorumaq üçün vardır”.

Oğuz Ayvaz

"Azpılitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri