Icma.az
close
up
RU
Azərbaycan Ordusunu hədəf alan türk deputat O, əslində kimdir?

Azərbaycan Ordusunu hədəf alan türk deputat O, əslində kimdir?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Demokratiya və Atılım Partiyasının (DEM) Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları sərt şəkildə tənqid edib. O, İsrailin bu hərəkətlərini “soyqırımı” olaraq qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Gergerlioğlu çıxışı zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfərini və orada İsrailin müdafiə naziri İsrael Katz ilə görüşünü də tənqid edib.

Gergerlioğlu ilk dəfə deyil ki, bu cür qərəzli çıxışlar edir. O, daha öncə də Azərbaycan–İsrail münasibətlərinə görə rəsmi Bakını tənqid etmişdi.

Azərbaycan və İsrail arasında müdafiə, texnoloji və enerji sahələrində möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur. İsrailin pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat texnologiyaları 44 günlük Vətən müharibəsində bizə mühüm üstünlüklər yaratdı. Bununla yanaşı, tərəflər arasında hərbi təhsil, texnologiya transferi və birgə istehsal kimi sahələrdə də yeni imkanlar formalaşmaqdadır.

Azərbaycan–İsrail müdafiə əməkdaşlığı, xüsusilə Cənubi Qafqazda dəyişən güc balansı kontekstində daha da aktuallaşır. Bu əməkdaşlıq, ilk növbədə, Bakı üçün təhlükəsizlik zəmanətini gücləndirən amildir. Təəssüf ki, rəsmi Bakının Təl-Əvivlə münasibətləri və strateji hədəfləri bəzən yanlış anlaşılır.

Azərbaycanın mövqeyi daha çox realpolitikaya söykənir. Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün beynəlxalq tərəfdaşlıqlardan istifadə edir və İsraillə əməkdaşlıq da bunun ayrılmaz hissəsidir.

Azərbaycan–İsrail münasibətləri Fələstin xalqına qarşı yönəlməyib. Bakı Fələstin faktoruna görə İsraillə münasibətləri hər zaman ehtiyatlı diplomatik balans üzərində qurub. Azərbaycan Fələstin məsələsində beynəlxalq hüququn və BMT-nin qərarlarının tərəfdarı kimi çıxış edir və münasibətləri əsasən prinsipial dəstək səviyyəsində saxlayır. Məsələn, Azərbaycan Fələstin dövlətini rəsmi şəkildə tanıyır və BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlarda Fələstinlə bağlı qətnamələrin lehinə səs verib. Xüsusilə 2012-ci ildə Fələstinin BMT-də müşahidəçi dövlət statusu qazanması zamanı Azərbaycan bu təşəbbüsü dəstəkləyib.

Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatında (İƏT), həm də Qoşulmama Hərəkatında Fələstin məsələsinə dair qəbul edilən qərarların lehinə səs verən ölkələrdəndir. Rəsmi Bakı daim ikidövlətli həll prinsipini, yəni İsrail və Fələstinin yanaşı və dinc şəkildə mövcudluğunu dəstəkləyir.

Ömər Faruk Gergerlioğluna gəldikdə isə, o kifayət qədər qərəzli və qeyri-konstruktivdir. Bütün hallarda belə bir şəxsin mövqeyi Türkiyə Respublikasının rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz.

Gergerlioğlu həmin şəxsdir ki, 2018-ci ildə sosial mediada paylaşdığı məqalə səbəbindən “terror təşkilatının təbliğatı” ittihamı ilə Türkiyə Respublikası tərəfindən 2,5 il həbs cəzasına məhkum edilib. Özü də həmin vaxt o, HDP millət vəkili idi. Hazırda təmsil etdiyi Demokratiya və Atılım Partiyasının (DEM Partiyası) fəaliyyəti də hər kəsə məlumdur.

Gergerlioğlu Azərbaycanı İsraillə əməkdaşlıqda tənqid edir, lakin bu əlaqələrin zəifləməsi regional təhlükəsizlik və iqtisadi maraqlara mənfi təsir göstərə bilər. Azərbaycanın mövqeyi beynəlxalq arenada öz maraqlarını ən yaxşı şəkildə qorumağa yönəlib. İsraillə əməkdaşlıq ölkənin müdafiə qabiliyyətini artırmaq, enerji layihələrini təhlükəsizləşdirmək və texnoloji inkişafı sürətləndirmək üçün önəmlidir.

Azərbaycanın İsraillə münasibətləri strateji zərurətdən irəli gəlir və ölkənin milli maraqlarına xidmət edir. Regional geosiyasi şərait nəzərə alınaraq, Azərbaycan öz xarici siyasətini praqmatik və çoxistiqamətli şəkildə qurur.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri