Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan Özbəkistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, dövlət başçısının bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.

Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edir.Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında formalaşan yeni əməkdaşlıq fəlsəfəsinin əhatəli şəkildə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu müsahibə iki dövlət arasında münasibətlərin cari səviyyəsini əks etdirmir, həm də regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji yanaşmaların konturlarını göstərir. Tarixi

Prezident İlham Əliyev müsahibəsində  yaxın zamanlarda Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edəcəyini bildirib. O vurğulayıb ki, bu onun üçün artıq üçüncü belə iştirakdır: əvvəlki görüşlər Düşənbə (2023) və Astana (2024) şəhərlərində keçirilib. Prezident, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında “vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan”ın formalaşmaqda olduğunu bildirib. O, Xəzər dənizinin yalnız coğrafi amil olmadığını, həm də strateji birləşdirici rol oynadığını qeyd edib. Ölkə başçısı həmçinin Orta Dəhlizin (Middle Corridor) artan əhəmiyyətinin əlaqələrin dərinləşməsi üçün yeni fürsətlər yaratdığını ifadə edib.

Prezident müsahibəsində qeyd edib ki, Özbəkistandan Azərbaycana yatırılan investisiyalar artmaqdadır. Belə ki, Özbəkistandan təxminən 120 investisiyalı kommersiya təşkilatı Azərbaycanda fəaliyyətdədir.Ticarət dövriyyəsi sürətlə yüksəlir. Yatırım baxımından da əməkdaşlıq genişlənir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına, Azərbaycanın isə Özbəkistana investisiyaları vardır. Həmçinin, birgə investisiya şirkəti yaradılıb. “Azerbaijan-Uzbekistan Investment Company” adlanan bu şirkət, gələcəkdə üçüncü ölkələrdə də investisiya imkanlarını nəzərdə tutur. Daha bir nümunə, Xankəndidə tekstil fabrikinin yaradılmasıdır ki, bu da yüngül sənayenin inkişafı və ənənəvi əlaqələrin güclənməsi üçün yeni imkanlar açır.

Prezident İlham Əliyev eyni zamanda mədəniyyət sahəsində əməkdaşlıq, iki ölkənin şəhərləri arasında qardaşlaşma münasibətləri, qeyri-hökumət təşkilatları və media qurumları arasında intensivləşən əməkdaşlıq, keçirilən media forumları haqqında danışıb. İdman sahəsində də əldə edilən mühüm nailiyyətlərdən danışan Prezident İlham Əliyev, Azərbaycanın və Özbəkistanın 2027-ci il U-20 Dünya Futbol Çempionatına birlikdə ev sahibliyi edəcəklərini bildirib. Azərbaycan-Özbəkistan münasibətlərini “strateji tərəfdaşlıq və müttəfiqlik” münasibətləri olaraq dəyərləndirən dövlət başçımız, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrdə geosiyasi məna daşıyan, yalnız iqtisadi əlaqələri deyil, mədəni və coğrafi birliyi də əhatə edən “strateji məkan” ideyasını irəli sürüb. Orta Dəhlizin rolunu sadəcə tranzit marşrutu kimi deyil, daha geniş strateji bir infrastruktur elementi kimi qiymətləndirib.

Dövlət başçımız müsahibəsındə  Özbək xalqına Azərbaycana dost münasibətlərinə görə minnətdarlığını ifadə edib, Ulu Öndər Heydər Əliyevə Özbəkistanda hər zaman xüsusi hörmət və məhəbbət bəslənildiyini qeyd edib, xatirələrini bölüşüb.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri