Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan Hökumətlərarası Komissiyasının 14 cü iclası olacaq

Azərbaycan Özbəkistan Hökumətlərarası Komissiyasının 14 cü iclası olacaq

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bu ilin I yarısında Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasının keçirilməsi nəzərdə tutulur. 

Bu barədə “Report” Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşündə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib.

"Martın 3-də keçirilmiş danışıqlarda tərəflər mövcud razılaşmaların vaxtında həyata keçirilməsi üzrə tədbirləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb edilməsinə diqqət yetirilməklə ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib", - məlumatda qeyd olunub.

Xüsusilə, şəhərsalma, turizm və kənd təsərrüfatı sahəsində əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

"Həyata keçirilən işlərin sürətləndirilməsi üzrə kompleks vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, tərəflər yeni investisiya layihələrinin dəstəklənməsi çərçivəsində qarşıdakı birgə addımları razılaşdırıblar", - məlumatda bildirilib.

İnvestisiya əməkdaşlığı sahəsində müsbət dinamika qeyd edilib. Hazırda Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı 257 müəssisə, o cümlədən 56 birgə müəssisə və 100 % Azərbaycan kapitalı ilə 201 müəssisə fəaliyyət göstərir.

"Tərəflər bu göstəricilərin dəfələrlə artırılması üçün böyük potensialın olduğunu qeyd edib, Özbəkistan və Azərbaycanın biznes dairələri arasında perspektivli layihələrin təşviqi üzrə planları razılaşdırıblar. Görüşün yekununda, həmçinin 2025-ci ilin birinci yarısında Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının və Özbəkistan-Azərbaycan çoxşaxəli əməkdaşlığının ikitərəfli gündəliyi çərçivəsində digər tədbirlərin keçirilməsi üzrə qarşılıqlı tədbirlər razılaşdırılıb", - məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri