Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

Azərbaycan Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanla Özbəkistan arasında münasibətlər bu gün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. İki qardaş ölkə arasındakı isti münasibət və strateji əlaqələr Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dostluq siyasətinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır. Məhz bu siyasi kurs sayəsində Azərbaycan-Özbəkistan münasibətləri diplomatik formatdan çıxaraq iqtisadi, humanitar və nəqliyyat sahələrində dərinləşən çoxşaxəli əməkdaşlığa çevrilib.

Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı verdiyi bəyanatlar bir daha sübut etdi ki, iki ölkə arasındakı münasibətlər artıq təkcə regional deyil, həm də beynəlxalq miqyasda başqalarına nümunə xarakteri daşıyır. Bu səfər, eyni zamanda, 2022-ci ildə Daşkənddə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin praktik müstəvidə reallaşmasının növbəti addımı kimi qiymətləndirilə bilər.
İnvestisiyalar və sənaye əməkdaşlığı ortaq gələcəyin təməlini qurmaqda mühüm əhəmiyyət kəsb edir.
İki ölkə arasında yaradılmış 500 milyon dollarlıq birgə İnvestisiya Fondu artıq konkret layihələrlə təmin edilib. Energetika, mehmanxana biznesi, kənd təsərrüfatı və sənaye sahəsində birgə layihələr yalnız iqtisadi fayda deyil, həm də strateji inteqrasiya baxımından əhəmiyyətlidir. Xüsusilə, Özbəkistanın Azərbaycanın azad edilmiş ərazilərində – Füzuli şəhərində məktəb, Xankəndidə tikiş fabriki kimi sosial və sənaye layihələrinə sərmayə yatırması qardaşlıq münasibətlərinin səmimi təzahürüdür. Bu həm də postmünaqişə dövründə regional əməkdaşlığın gücləndirilməsi baxımından strateji nümunədir.
Qarabağın bərpasına göstərdiyi köməyə görə qardaş Özbəkistana xüsusi minnətdarlığımızı ifadə edirik.
Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. Cənab prezident İlham Əliyev və Şavkat Miromonoviçin açılışını etdiyi məktəb özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır. Burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.
Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.
Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk.
Nəqliyyat dəhlizləri Orta Dəhlizdə inteqrasiyanın əsas halqasıdır.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji əhəmiyyət daşıyan nəqliyyat-logistika sektorunda da ciddi potensiala malikdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Xəzərdən Azərbaycana, oradan isə Qərbə doğru uzanan Orta Dəhlizin səmərəli istismarı üçün ölkəmiz böyük nəqliyyat infrastrukturu potensialına malikdir. Bu da Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında təhlükəsiz və səmərəli körpüyə çevirir.
Sosial-iqtisadi əməkdaşlıq və qarşılıqlı dəstək də iki ölkə arasında münasibətlərə təkan verən amillərdəndir.
İdman, təhsil, kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı təcrübə və dəstək Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindəndir.
Ölkə rəhbəri qeyd etdi ki, Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir. Öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edən Prezident İlham Əliyev qeyd etdi ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.
Prezident İlham Əliyev öz bəyanatında Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsində təcrübəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın ölkəmiz üçün faydalı nəticələr verdiyini vurğuladı. Bu, kənd təsərrüfatı sahəsində həm bilik mübadiləsini, həm də texnoloji tərəfdaşlığı gücləndirəcək.
İki ölkə arasında humanitar layihələr qardaşlıq dəyərlərinin simvoludur.
Prezident Mirziyoyevin təşəbbüsü ilə Bakının mərkəzində yaradılan “Özbəkistan Parkı”, habelə Özbəkistan səfirliyinin yeni binasının açılışı təkcə diplomatik jest deyil, həm də ortaq tarixi və mədəni dəyərlərə verilən önəmin göstəricisidir. Bu kimi layihələr ölkələrarası münasibətləri xalqlar səviyyəsində də daha da yaxınlaşdırır.
Bir sözlə, Azərbaycan və Özbəkistan arasında münasibətlər sadəcə iki dövlət arasında əməkdaşlıq formatı deyil, ortaq dəyərlərə, strateji maraqlara və qarşılıqlı etimada əsaslanan regional tərəfdaşlıq modelidir. Bu modelin banisi ümummilli lider Heydər Əliyev, daşıyıcısı isə Prezident İlham Əliyevdir. Bu gün qardaş ölkələrin liderlərinin iradəsi sayəsində Azərbaycan və Özbəkistanın qarşılıqlı əlaqələri regionda sabitlik, inkişaf və tərəqqi üçün örnəkdir. Yeni iqtisadi və strateji reallıqlar fonunda bu münasibətlər daha da dərinləşəcək və bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan birinə çevriləcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri