Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan müttəfiqliyi TDT nin güclənməsinə xidmət edir

Azərbaycan Özbəkistan müttəfiqliyi TDT nin güclənməsinə xidmət edir

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ərəfəsində qardaş ölkənin Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə və müsahibə boyunca səsləndirdiyi fikirlər əyani şəkildə göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi deklarativ xarakter daşımır. Liderlərin siyasi iradəsi və Türk dünyasının birliyinə xidmət edən ortaq vizyonları sayəsində müttəfiqlik münasibətlərimiz bu gün institusional qərarlarla möhkəmləndirilir.

Ölkələrimiz arasında əlaqələrin real vəziyyətini görmək üçün rəqəmlərə diqqət yetirmək kifayətdir. Çünki statistik məlumatlar obyektiv mənbə kimi daha dolğun təsəvvürün yaranmasına imkan verir. Prezident İlham Əliyev, elə bu səbəbdən, müsahibədə onlardan bir neçəsini ictimaiyyətin diqqətinə çatdırdı. 2024-cü illə müqayisədə ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. 2026-cı ilin yanvar-may aylarında isə bu artım ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz təşkil edir. Əlaqələrin inkişaf səviyyəsi tranzit daşımalarında özünü daha aydın göstərir: keçən il daşımaların həcmində 6,7 faiz, bu ilin yanvar-iyun aylarında isə 12,2 faiz artım müşahidə olunur. Bu həm də o deməkdir ki, Mərkəzi Asiyanı Azərbaycan və qardaş Türkiyə üzərindən Avropaya bağlayacaq Orta Dəhliz layihəsinin tam işlək vəziyyətə gətirilməsi üçün konkret addımlar atılır.

Sirr deyil ki, dünya düzəninin yenidən formalaşması prosesi bu gün özünün aktiv fazasını yaşayır. Nüfuzlu beyin mərkəzlərinin qiymətləndirmələrinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya bu nəhəng geosiyasi transformasiyanın strateji tərkib hissəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam və mütləq mənada bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallığın yaranmasına müvəffəq olub. Özbəkistan isə Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi və müstəqil xarici kursu sayəsində Mərkəzi Asiya coğrafiyasının strateji mərkəzlərindən birinə çevrilib.

Aydındır ki, minerallardan tutmuş ənənəvi enerji mənbələrinə qədər bütün təbii sərvətlər, həmçinin coğrafi üstünlük istənilən ölkə üçün siyasi-iqtisadi dividendlər yaradır. Lakin tarix və müasir dünya reallığı sübut edir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzən təbii sərvətlər və  coğrafi üstünlük dividendlərdən daha çox başağrısına da çevrilə bilir. Yaxın Şərqdə, İslam dünyasında bunun çoxsaylı nümunələri mövcuddur. Təəssüf ki, bu cür mənzərənin əsas səbəblərindən biri  həmin ölkələrə rəhbərlik etmiş bəzi liderlərin müstəqil siyasi kursdan uzaqlaşması və xarici aktorlardan asılı vəziyyətə düşmələri ilə bağlı olub. Bu kimi faktlar Azərbaycan Prezidentinin bir müddət əvvəl verdiyi bəyanatında nə qədər haqlı olduğunu dönə-dönə təsdiq edir: “Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”.

Son beş ildə Azərbaycan və Özbəkistan Prezidentlərinin 15 qarşılıqlı səfəri, şübhəsiz ki, ali siyasi iradənin təzahürüdür, eyni zamanda,  hər iki Liderin siyasi vizyonunun tam mənada üst-üstə düşdüyünün təsdiqidir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində səsləndirdiyi bu açıqlama isə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin artıq institusional təməllərə söykəndiyini təsbit edir: “Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi”.

Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə yekdilliklə tamhüquqlu uzv qəbul olunması qərarının məhz Özbəkistanın ev sahibliyi etdiyi tədbirdə verilməsi təsadüf və ya sıradan bir rəmz kimi dəyərləndirilməməlidir. Prezident İlham Əliyevin müsahibədə bu tarixi hadisəyə xüsusi diqqət ayırması, zənnimcə, həm də bu baxış bucağından təhlil olunmalıdır: “Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir”.

Sözsüz ki, Azərbaycan-Özbəkistan əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, bir tərəfdən, ikitərəfli münasibətlərin inkişaf göstəricisidirsə, digər tərəfdən,  Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya prosesinin dərinləşdirilməsinə verilən əməli töhfə kimi qiymətləndirilməlidir. Cənab Prezidentin müsahibədə TDT-yə və bütövlükdə Türk dünyasına geniş yer ayırması Azərbaycanın qardaş Türkiyə ilə birgə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrə daha geniş və strateji müstəvidən yanaşdığını nümayiş etdirir. Bir-biri ilə ortaq tarix və milli-mənəvi dəyərlərlə təbii şəkildə bağlı olan xalqlar üçün TDT-nin  yerinə yetirdiyi tarixi missiyanın əhəmiyyətini Prezident İlham Əliyevin növbəti açıqlamasında aydın şəkildə görmək mümkündür: “Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir”.

Türk dünyasının çoxəsrlik, xüsusilə son iki yüzillik tarixində ilk dəfədir ki, türk xalqlarının möhkəm təməllər üzərində birləşməsi üçün tarixi fürsət yaranıb. Bu imkanı bədxahlarımız da görür və daha çox pərdə arxasında hər şeyi edirlər ki, prosesə mane olsunlar. Lakin onlar da anlayır və görürlər ki,  bu fürsətin yaradılmasında Türk dünyasının bugünkü Liderlərinin müstəsna xidmətləri var və ən başlıcası, ortaq siyasi iradə mövcuddur. Tarixi Zəfərimizi həzm edə bilməmələrinin əsas səbəblərindən biri də elə budur. Çünki bilirlər ki, Azərbaycanın savaş meydanında və siyasi-diplomatik müstəvidə əldə etdiyi Qələbə, Cənubi Qafqazda yaratdığ yeni reallıq Türk dünyasının oyanışında bənzərsiz missiya yerinə yetirir. Onu da başa düşürlər ki, Azərbaycanın əldə etdiyi Zəfər həm də bütövlükdə Türk dünyasının mənəvi Qələbəsidir.

Ülvi Quliyev                                                                                                  

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri