Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan Özbəkistan münasibətlərindəki yeni səhifə Türk dünyasının daha da güclənməsinə xidmət edir ŞƏRH

Azərbaycan Türkmənistan Özbəkistan münasibətlərindəki yeni səhifə Türk dünyasının daha da güclənməsinə xidmət edir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 avqust, AZƏRTAC

Vətən müharibəsində əldə etdiyimiz Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, qarşıda duran milli-strateji planları reallaşdırmaq üçün atılan mühüm addımlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirmək, çoxşaxəli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltməkdir. Beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər fonunda ölkəmizin Türk dünyası ilə, xüsusən Orta Asiya respublikaları ilə qarşılıqlı əlaqələri gücləndirməsi həm də siyasi və tarixi zərurətdən irəli gəlir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın mahiyyətini ehtiva edir. Bu səfər zamanı Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi münasibətlərimizdə yeni səhifə açdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib. O vurğulayıb ki, ortaq tarixi, dini, dili və mədəniyyəti bölüşən, eyni kökə malik xalqlar arasında əlaqələri qoruyub saxlamaq, möhkəmləndirmək Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Türkmənistan və Özbəkistan dövlətləri ilə münasibətləri daha da inkişaf edib. Uzun illərin sınağından çıxan dostluq əlaqələrimiz bu gün də davam etdirilir. İndiki qeyri-sabit, münaqişələrlə dolu dünyada türk dövlətləri arasında məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir. Azərbaycanın Türkmənistan və Özbəkistanla strateji məsələlərdə mövqeləri üst-üstə düşür. Qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığımız həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir. Türk dövlətlərinin beynəlxalq arenada nüfuzlarının ildən-ilə artması, iqtisadi potensiallarının güclənməsi Azərbaycanı sevindirməyə bilməz”.

Deputat qeyd edib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ötən ay Bakıda, Füzulidə, Şuşada Azərbaycan lideri ilə keçirdiyi görüşlər ölkələrimiz arasında olan dostluq, qardaşlıq əlaqələrinin bariz nümunəsidir: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, qardaşlığımızın təcəssümüdür. Özbəkistanın Xankəndidə inşa etdiyi tikiş fabriki artıq fəaliyyət göstərir. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqının çox böyük hədiyyəsidir. Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbdə yüzlərlə şagird təhsil alır. Bakıda, Ağ şəhərdə “Özbəkistan” parkının yaradılması daha bir qardaşlıq nümunəsidir. Azərbaycan-Özbəkistan dostluğu sözdə deyil, əməldə öz təsdiqinin tapıb. Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq. İmzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin də olması diqqət cəlb edir. Bu sənəd qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə, qardaş kimi yaşayıblar”.

Tahir Mirkişili bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir: “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri mühüm yer tutur. Azərbaycanla Türkmənistan energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma və mədəni sahələrdə güclü əlaqələr qurub. Hədəflərimiz çox böyük və aydındır. Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Bu, Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı hesab edilir. Şərq-Qərb marşrutunda Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına töhfə verəcək. Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılıq Orta Dəhliz üzərində yerləşən və Avropa ilə Asiya arasında birləşdirici rol oynayan türk dövlətləri üçün ciddi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkmənistan, Özbəkistan arasında nəqliyyat dəhlizinin imkanları bu səfərdə də müzakirə edilən mövzular sırasında olub”.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yeni səhifənin açıldığını bildirən deputat qeyd edib ki, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları ilə zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub. Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri