Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan Tərəfdaşlığının Yeni Simvolları

Azərbaycan Özbəkistan Tərəfdaşlığının Yeni Simvolları

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Tarixi Zəfərimizdən sonra əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət və hökumət başçılarının davamlı səfərlərində, Türk Dövlətləri Təşkilatı daxilində uğurlu əməkdaşlıqda və sair kimi önəmli məqamlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bütün bu məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.

Özbəkistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Özbəkistanın Azərbaycana göstərdiyi həmrəyliyin bariz nümunəsi qardaşlığın söz deyil, əməli olduğunu sübut edir. Özbəkistanın Füzuli şəhərində öz vəsaiti hesabına inşa etdiyi “Mirzo Ulubek” adına tam orta məktəb bu münasibətlərin humanist və qardaşlıq simvoluna çevrilib. Azərbaycan da öz növbəsində Özbəkistanın dünya birliyinə inteqrasiya proseslərini dəstəkləyir və iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində – BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər platformalarda sıx əməkdaşlıq edir. Humanitar əməkdaşlıq da iki ölkə xalqlarını daha da yaxınlaşdıran vacib sahələrdən biridir. Mədəniyyət günləri, tələbə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq daim genişlənir. Bakı və Daşkənddə keçirilən sənət festivalları, ədəbiyyat günləri, tarixi irsin təbliği layihələri xalqlar arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. TDT çərçivəsində humanitar əməkdaşlıq bu prosesə əlavə dinamizm qatır.

Son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu, iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatıdır. Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Qeyd olunan səfərlər və imzalanmış sənədlər Azərbaycan-Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

Dövlət başçılarının danışıqları zamanı enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə edilib. Cənab Prezident bildiib ki, “mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək”.

Ölkə başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu xüsusi qeyd edib. Bildirib ki, ilk olaraq Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. Prezident İlham Əliyev bildirib ki: “Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq.

Azərbaycanla Özbəkistan arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri