Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri dünyaya birlik və bərabərlik çağırışıdır

Azərbaycan Pakistan münasibətləri dünyaya birlik və bərabərlik çağırışıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Pakistan arasında ümumi maraqlara və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərinin uzun tarixi var. Bu strateji münasibət siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələri əhatə edir. Yüksək səviyyəli müntəzəm səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlərin imzalanması ilə möhkəmlənməkdə davam edir. Bu mənada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin son səfəri də ikitərəfli münasibətlərin inkişafı baxımdan xüsusi maraq doğurur. 
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O bildirib ki, səfər çərçivəsində imzalanmış sənədlər belə deməyə əsas verir ki, Azərbaycan və Pakistan çoxtərəfli əlaqələrin sürətlə inkişaf etməsində maraqlıdır.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və bu ölkənin ali siyasi rəhbərliyi ilə etimad münasibətlərini yüksək səviyyədə saxlayır. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynayır. Bu da təsadüfi deyil, siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəal xarici siyasət yürüdən Bakı Pakistana Cənubi Asiya regionunda özünün əsas strateji tərəfdaşlarından biri kimi baxır.

İki ölkə beynəlxalq arenada birgə işləyir, müxtəlif qlobal və regional məsələlərdə bir-birini dəstəkləyir. Pakistan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana davamlı dəstək göstərir, Azərbaycan da qardaş ölkəyə öz dəstəyini əsirgəmir. Qarşılıqlı dəstək Azərbaycan-Pakistan münasibətlərini möhkəmləndirir, strateji tərəfdaşlığın inkişafına töhfə verir. Bu fəal siyasətin nəticəsidir ki, bu gün Pakistan Azərbaycanın ən sadiq müttəfiqlərindən biri sayılır.

Bu əlaqələr həm də ticarət, iqtisadiyyat, enerji və hərbi əməkdaşlıq kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin imzaladığı bir çox anlaşma memorandumları ilə və sazişlərlə möhkəmlənir. Məsələn, birgə hərbi təlimlər və müdafiə sahəsində təcrübə mübadiləsi ölkələr arasında yüksək etimadı nümayiş etdirir. 

Azərbaycan və Pakistan arasında tərəfdaşlıq bir neçə istiqamətdə regiona əhəmiyyətli təsir göstərir. Bu əməkdaşlıq regionda siyasi sabitliyin möhkəmlənməsinə töhfə verir. Hər iki ölkə BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir ki, bu da onların beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə kömək edir. 

Xatırlatmaq yerinə düşər ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağ münaqişəsi ilə bağlı 822 saylı qətnamənin qəbul edilməsi Pakistanın sədrliyi zamanı reallaşmışdı. Bundan başqa, işğal dövründə Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Pakistan İrəvandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi hər zaman tələb etmişdi və məhz bu səbəbdən bu günə kimi onu bir dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmur.

Eyni zamanda, Azərbaycan və Pakistan arasında ticarət-iqtisadi əməkdaşlıq infrastruktur layihələrinin və enerji sektorunun inkişafına töhfə verir. Bu da öz növbəsində regionun iqtisadi yüksəlişinə və inkişafına təsir göstərir. 

Birgə hərbi təlimlər və müdafiə sahəsində təcrübə mübadiləsi də regionda təhlükəsizliyi gücləndirir. Bu əməkdaşlıq hər iki ölkəyə öz müdafiə qabiliyyətini artırmağa, sülh və sabitliyi qorumağa kömək edir.

Bundan başqa, mədəniyyət və təhsil mübadiləsinin inkişafı Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirir. Bu, ölkələr arasında daha sıx əlaqələr və anlaşma yaratmağa kömək edir. Bu amillər regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və siyasi sabitliyə töhfə verir ki, bu da bütün regiona müsbət təsir göstərir. 

Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluğun nümunəsidir. Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycanın Pakistandakı siyasəti bütün əsas sahələrdə strateji tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa yönəlmişdir. 

Deputat yekunda qeyd edib ki, Qarabağ müharibəsi dönəmində küçələrə axışan xalqımız əllərində Azərbaycan, Türkiyə, Pakistan bayrağı qələbə sevincinin xoşbəxtliyini yaşayırdılar və bu da təsadüfi deyildi. Çünki Pakistan Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyi ilə bizi böyük Zəfərə ruhlandırdı. Xalqımız bu qardaşlıq dəstəyini heç zaman unutmayacaq. 

İftixarla qeyd etmək olar ki, möhkəm təməllər üzərində qurulan Azərbaycan - Pakistan qardaşlığı digər ölkələr üçün nümünədir. Cənab baş nazirin qeyd etdiyi kimi dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub. Bu əfsanəvi dostluq zirvəsinin yaranmasında Prezident İlham Əliyevin dosta sevgi, düşmənə güzəştsiz xarici siyasəti müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Pakistan münasibətləri dünya  ölkələri üçün birlik və bərabərlik kontekstində qurulan əməkdaşlıq kimi dünyaya sülh çağırışıdır. Pakistan liderinin Bakı səfəri də bu çağırışın bir mesajı oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri