Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan paraüzgüçüləri Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti dəfə finalda mübarizə aparacaqlar.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, S12 kateqoriyasında çıxış edən Raman Saley 50 metr məsafəyə sərbəst üzmə üzrə təsnifat mərhələsində 24,7 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
S10 kateqoriyasında yarışan Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üzmə üzrə birbaşa finalda iştirak edəcək.
Qeyd edək ki, R.Saley çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə dördüncü, 100 metr məsafəyə “batterflay” üsulunda isə 59.18 saniyə nəticə ilə beşinci olub.
Ə.Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmədə 2:32.99 nəticə göstərərək yarışı səkkizinci pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Sentyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















