Icma.az
close
up
RU
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 8 iyun, AZƏRTAC

“Lecheq Farm & Distillery” Fransanın Qras şəhərində keçirilən və parfümeriya sənayesi üçün təbii xammallara həsr olunmuş dünyanın ən mühüm tədbirlərindən biri sayılan “SIMPPAR 2026” sərgisində Azərbaycanı uğurla təmsil edib.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində “Lecheq” komandası qlobal ətir sənayesinin müxtəlif nümayəndələrini – tanınmış parfümerləri, ətir evlərini, xammal təchizatçılarını və sahə üzrə ekspertləri stendində qəbul edib. Şirkətin sərgi sahəsi qızılgül yağı, qızılgüldən əldə olunan komponentlər və Qafqaz regionunda yetişdirilən botaniki məhsulların artan potensialı ətrafında müzakirələrin aparıldığı mühüm görüş məkanına çevrilib.

Sərgidə iştirakla yanaşı, “Lecheq Farm & Distillery” xüsusi dəvət əsasında şirkətin Latın Amerikası (LATAM) və Cənub-Şərqi Asiya bazarlarında qlobal tərəfdaşı olan “Ultra NL”in baş qərargah şourumu “Maison Sanganeria”da da məhsullarını təqdim edib.

Sərgi həftəsi ərzində beynəlxalq parfümeriya ictimaiyyətinin nüfuzlu nümayəndələri burada bir araya gələrək, “Lecheq” üçün mövcud tərəfdaşlıqları möhkəmləndirmək və aromatik xammallarını təqdim etmək baxımından mühüm imkan yaradıb. Qonaqlar şirkətin təbii inqrediyentlərindən ilhamlanaraq, hazırlanmış kokteyllərdən dadmaqla yanaşı, “Lecheq” məhsulları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu unikal sensor təcrübə Azərbaycanın zəngin botaniki irsini və təbii ehtiyatlarını ön plana çıxarıb.

Sərgi çərçivəsində Qras şəhərinin meri Jerom Vio ilə görüş olub. Görüş zamanı “Lecheq” nümayəndələri Vionu Azərbaycana dəvət edərək, ölkənin müasir efir yağları sənayesinin mərkəzi hesab olunan Zaqataladakı qızılgül sahələri, üzvi plantasiyalar və distillə müəssisələri ilə yaxından tanış olmağa çağırıblar.

Sərgi “Lecheq Farm & Distillery” üçün mövcud tərəfdaşlıqları gücləndirmək, yeni işgüzar əlaqələr qurmaq və Azərbaycanın təbii aromatik xammallarının yüksək keyfiyyətini və izlənilə bilən mənşəyini nümayiş etdirmək baxımından əhəmiyyətli imkanlar təqdim edib. Sərgi iştirakçılarının nümayiş etdirdiyi yüksək maraq Azərbaycanın premium təbii inqrediyentlərin yeni və perspektivli mənşə məkanı kimi getdikcə daha çox tanındığını bir daha təsdiqləyib. Məşhur qızılgül plantasiyalarından tutmuş lavanda, nanə, muskat adaçayı və Qafqazın digər botaniki sərvətlərinə qədər Azərbaycanın təbii resursları parfümeriya dünyasının ən nüfuzlu adlarının diqqətini cəlb etməyə davam edir. Təbii, orijinal və mənşəyi tam izlənilə bilən xammallara qlobal tələbatın artdığı bir dövrdə “Lecheq Farm & Distillery” Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək və Qafqazın unikal aromatik xəzinələrini dünya ilə bölüşmək missiyasına sadiq qalacağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri