Icma.az
close
up
RU
Azərbaycan XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat sərgisində təmsil olunur

Azərbaycan XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat sərgisində təmsil olunur

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 4 iyun, AZƏRTAC

Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ətir sənayesi üçün xammal və xidmətlərə həsr olunan peşəkar XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisində təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Parisdə XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat sərgisində 120-dən çox ətriyyat sənayesi üçün xammal istehsal edən şirkət iştirak edir.

“Lecheq Farm & Distillery” şirkəti sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirir. Azərbaycanın əsrarəngiz diyarında Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağları ətir istehsalçılarının diqqətini cəlb edib. Hətta bəzi mütəxəssislər Azərbaycan lavandası yağının xüsusi ətir nüansına malik olduğunu, digər ölkələrdən gələn lavanda yağlarının ətrindən tamamilə fərqləndiyini bildirirlər. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətirə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndiriblər. Müxtəlif ölkələrdən gəlmiş ətirşünaslar Azərbaycandan gələn bitki yağlarının unikal olduğunu söyləyirlər.

SİMPPAR beynəlxalq sərgi salonu tanınmış ətir istehsalçıları ilə ətriyyat sənayesi üçün xammal və xidmətlər təklif edən şirkətlərin ən məşhur görüş yeridir.

“Lecheq Farm and Distillery” şirkətinin dünyada tanınmış və aparıcı kosmetika, aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə çevrilməsi təsadüfi deyil. Azərbaycanda hələ ötən əsrlərdən qızılgül yağı istehsal olunub.

Sərgi iyunun 6-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri