Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycan paytaxtı beynəlxalq Enerji Həftəsinə hazırdır

Azərbaycan paytaxtı beynəlxalq Enerji Həftəsinə hazırdır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Builki toplantıda 39 ölkədən 267 şirkət iştirak edəcək

İyunun 2-dən 4-dək Bakıda regionun mühüm sənaye toplantısı olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi keçiriləcək. Həftə çərçivəsində 30-cu beynəlxalq “Xəzər neft və qaz” sərgisi, 13-cü “Xəzər beynəlxalq energetika və yaşıl enerji” sərgisi, eləcə də 30-cu Bakı Enerji Forumu keçiriləcək. Bu və digər məsələlər barədə Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov bildirdi ki, Bakı Enerji Həftəsi energetika sahəsində nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu platformaya çevrilib. Azərbaycanın hər zaman enerji sahəsində yeniliklərə imza atan dövlət olduğunu xatırladan mətbuat katibinin sözlərinə görə, ötən müddətdə ölkəmizin liderliyi ilə neft-qaz sektorunda regionları birləşdirən strateji layihələr həyata keçirilib. Bu gün isə ölkəmiz “yaşıl” enerji dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni enerji yollarının inşasına çalışır.

Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sahəsində atdığı uğurlu addımların, imzalanmış müqavilələrin və qurulmuş əməkdaşlıqların təcəssümü olduğunu diqqətə çatdıran mətbuat katibi qeyd etdi ki, bu platforma qarşıdakı dövr üçün yeni ideyaların ortaya çıxdığı, yeni müqavilələrin imzalandığı, yeni layihələrin başlanğıcının qoyulduğu və yeni tərəfdaşlıqların qurulduğu bir məkandır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov qeyd etdi ki, Bakı Enerji Həftəsi çərçivəsində bərpa olunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair bir sıra vacib sənədlərin imzalanması gözlənilir. Onun sözlərinə görə, toplantı çərçivəsində SOCAR-ın stendində şirkətin dekarbonizasiya sahəsində həyata keçirdiyi layihələr təqdim olunmaqla yanaşı, bərpa olunan enerji istiqamətində və COP29 çərçivəsində SOCAR tərəfindən imzalanmış sənədlər haqqında da ətraflı məlumat veriləcək.

“Xəzər neft və qaz” sərgisinin layihə meneceri Nailə Əliyeva bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Bakı Enerji Həftəsi Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Regionun enerji sektorunun inkişafında mühüm rol oynayan “Xəzər neft və qaz” sərgisinin 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin müjdəçisi olduğunu xatırladan layihə menecerinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin açılış mərasimində mütəmadi iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Qeyd olundu ki, dövlətimizin başçısı hər il sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. Bununla yanaşı, ABŞ və Türkiyə prezidentlərinin, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini təsdiqləyir.

Diqqətə çatdırıldı ki, uzun illərdir Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir. “Xəzər neft və qaz” sərgisinin ilk vaxtlardan etibarən neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrildiyini bildirən N.Əliyeva dedi ki, ötən 30 il ərzində Bakı Enerji Həftəsi Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti və 170 mindən artıq ziyarətçini cəlb etmişdir.

Onun sözlərinə görə, Bakı Enerji Həftəsi bu dəfə 39 ölkədən 267 şirkəti qəbul edir. Onların da 35 faizini yeni şirkətlər təşkil edir. Ümumilikdə, iştirakçıların, təxminən, 70 faizi xarici şirkətlərin payına düşür ki, bu da ölkəmizin neft, qaz və enerji sektoruna artmaqda olan beynəlxalq marağın nəticəsidir.

13-cü “Xəzər beynəlxalq energetika və yaşıl enerji” sərgisi barədə məlumat verən N. Əliyeva qeyd etdi ki, tədbirdə beynəlxalq və yerli şirkətlərin energetika və “yaşıl” enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq. Bütövlükdə isə, Bakı Ekspo Mərkəzində 3 gün ərzində günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək.

Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər tədbir isə Bakı Enerji Forumudur. Bu barədə jurnalistlərə məlumat verən forumun layihə rəhbəri Aynurə Nəzərli dedi ki, sayca 30-cu olan bu mötəbər toplantı yarandığı gündən etibarən beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib.

Diqqətə çatdırıldı ki, enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir. Forumda Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyanın keçiriləcək. “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada isə SOCAR-ın prezidenti Rövşən Nəcəf əsas məruzə ilə çıxış edəcək.

Bütövlükdə isə, enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə zəngin olacaq builki forumda “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Geoloji kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları”, “Hasilat və əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması”, “COP29 nəticələri — dayanıqlı gələcəyə aparan yol”, “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” və digər mövzular müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri