Icma.az
close
up
RU
Bakı 30 cu Enerji Həftəsinə hazırlaşır

Bakı 30 cu Enerji Həftəsinə hazırlaşır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 2-4-də Bakıda enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu “Bakı Enerji Həftəsi” keçiriləcək. Bu barədə ölkəmizdə sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “İteca Caspian” şirkətləri məlumat yayıb.

Bildirilib ki, ötənilki toplantıda dövlət başçısı İlham Əliyev çıxış edərək “Bakı Enerji Həftəsi”nin ölkəyə xarici investisiyaların cəlb edilməsindəki rolunu vurğulayıb. Enerji Həftəsinin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edən amillərdən biri də artıq uzun illərdir ki, “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ABŞ və Türkiyə prezidentlərinin, Böyük Britaniya Baş nazirinin salamlama məktubları göndərməsidir. Bununla yanaşı, “Bakı Enerji Həftəsi”nə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Dünyanın sənaye liderləri və innovatorlar üçün çox vacib olan “Bakı Enerji Həftəsi” regionun aparıcı şirkətlərinin və enerji sektorunun ən önəmli iştirakçılarının bir araya gələrək mühüm məsələlərin müzakirə etdiyi və əhəmiyyətli qərarlar verdiyi səmərəli bir platformadır. 30 illik yubileyini qeyd edəcək “Bakı Enerji Həftəsi”nə hazırlıq işləri fəal şəkildə davam edir. Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Fransa, Gürcüstan, Hindistan, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Macarıstan, Monako, Niderland, Özbəkistan, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən şirkətlər artıq tədbirdə iştiraklarını təsdiqləyiblər.

“Bakı Enerji Həftəsi” enerji keçidi üzrə müzakirələr üçün əsas platforma olaraq statusunu daha da möhkəmləndirəcək. Ənənəvi enerji növlərindən “yaşıl” enerji yeniliklərinə qədər mövzuları əhatə edən bu tədbir Azərbaycanın enerji təhlükəsizliyi və ətraf mühitə qarşı məsuliyyətində ölkənin liderliyini gücləndirməyə xidmət edir.

Ənənəvi olaraq bu il də “Bakı Enerji Həftəsi” çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bununla yanaşı, yubiley tədbirinin proqramı da zəngin olacaq. Bakı Ekspo Mərkəzinin foyesində “Smart Energy Hub” adlı startap zonası, “Enerjinin sənətlə görüşdüyü yer” – instalyasiya zonası nümayiş olunacaq, həmçinin iştirakçı və ziyarətçilərin diqqətini cəlb edəcək digər maraqlı tədbirlər təşkil olunacaq.

İyunun 3-4-də Bakı Konqres Mərkəzində mötəbər beynəlxalq tədbirin əsas hadisəsi olan “Bakı Enerji Forumu” baş tutacaq. Yeri gəlmişkən, 30 illik yubileyini qeyd edən forum “Bakı Enerji Həftəsi”nin əsas iştirakçılarını, aparıcı dünya mütəxəssislərini, dövlət qurumlarının və özəl sektorun nümayəndələrini, investorları və biznes nümayəndələrini strateji dialoq üçün bir araya gətirir. Burada enerji sənayesinin gələcək gündəliyi formalaşır, strateji təşəbbüslər və inkişafın əsas tendensiyaları müzakirə edilir.

Bu il “Bakı Enerji Forumu”nun əsas mövzuları dayanıqlı enerji sənayesinin inkişafı, enerji sektorunun rəqəmsallaşdırılması, “yaşıl” enerji layihələrinin sürətləndirilməsi və dekarbonizasiya üçün innovativ həllərin araşdırılmasıdır. Bu müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq.

Həftə çərçivəsində “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir ki, bu da təşkilatçıların dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri