Icma.az
close
up
RU
Ərdoğan Bakı Enerji Həftəsinə müraciət ünvanladı

Ərdoğan Bakı Enerji Həftəsinə müraciət ünvanladı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin açılış mərasiminə videomüraciət göndərib.

Modern.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, prezidentin mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Rəcəb Tayyib Ərdoğan müraciətində bildirib ki, regionda baş verən son hadisələr Türkiyə və Azərbaycanın enerji sahəsində atdığı addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha təsdiqləyir. O vurğulayıb ki, vaxtilə region üçün yalnız xəyal hesab edilən bir çox iri enerji layihələri Azərbaycanla əməkdaşlıq çərçivəsində uğurla reallaşdırılıb.

Türkiyə lideri Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP kimi strateji boru kəməri layihələrinin əhəmiyyətinə toxunaraq, “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” layihələri vasitəsilə iki ölkə arasında enerji əməkdaşlığının daha da dərinləşdiyini qeyd edib.

Ərdoğan Türkiyə və Azərbaycanın “Şəfəq-Asiman” yatağında başladığı yeni tərəfdaşlığın əməkdaşlığın davamlı inkişafının növbəti göstəricisi olduğunu bildirib. O, ötən il istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Prezident Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilməsi planlaşdırılan “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin regionun enerji təhlükəsizliyinə əlavə dəstək verəcəyinə ümid etdiyini də ifadə edib.

Mesajında Suriyaya qaz tədarükü məsələsinə də toxunan Ərdoğan qeyd edib ki, ötən ilin avqustunda Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz nəqli bu ölkənin bərpası və regional sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu bildirən Türkiyə Prezidenti, həmçinin Qazaxıstanın enerji resurslarının Qərb bazarlarına çatdırılmasında Bakı–Tbilisi–Ceyhan kəmərindən istifadənin artdığını diqqətə çatdırıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə enerji siyasətində bərpa olunan və yaşıl enerji mənbələri də daxil olmaqla bütün istiqamətlərdə səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürür.

O əlavə edib ki, Türkiyə qlobal iqlim fəaliyyətində öncül ölkələrdən biri olmaq əzmini bu ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 İqlim Sammitinə ev sahibliyi etməklə bir daha nümayiş etdirəcək.

Sonda Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçı ölkələr və bütövlükdə region üçün faydalı nəticələr verməsini arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri