Icma.az
close
up
RU
Azərbaycan Peru dostluğunun 30 ili...

Azərbaycan Peru dostluğunun 30 ili...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

Perunun paytaxtı Limada Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin təntənəli açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Peru Xarici İşlər Nazirliyində təşkil olunan tədbir iki ölkə arasında üç onillik ərzində formalaşmış siyasi, diplomatik, mədəni və humanitar əməkdaşlığın inkişaf yolunu əks etdirib.

Peru Xarici İşlər Nazirliyi və Azərbaycanın Perudakı diplomatik nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev xatırladıb ki, Azərbaycan ilə Peru arasında diplomatik münasibətlər 25 iyun 1996-cı ildə qurulub. O bildirib ki, ötən 30 il ərzində ölkələr arasında siyasi dialoq, parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, eləcə də mədəniyyət və təhsil sahələrində əlaqələr davamlı inkişaf edib.

Vurğulanıb ki, 2025-ci ildə Azərbaycan və Peru Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olub. Qarşılıqlı rəsmi səfərlər, parlamentlərarası təmaslar və mədəni-humanitar əməkdaşlıq ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd edilib ki, açılışı keçirilən sərgi təkcə son 30 ilin diplomatik salnaməsini nümayiş etdirmir, həm də Azərbaycan ilə Peru arasında formalaşmış etibarlı tərəfdaşlığın və gələcək əməkdaşlıq perspektivlərinin rəmzidir.

Peru Xarici İşlər nazirinin müavini, səfir Erik Anderson son otuz ildə iki ölkə arasında formalaşmış dostluq münasibətlərini yüksək qiymətləndirərək siyasi dialoqun, iqtisadi, mədəni və humanitar əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Mərasim çərçivəsində diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış birgə yubiley poçt açıqçası, poçt zərfi və xüsusi poçt möhürü də ictimaiyyətə təqdim olunub. Peru Poçt Xidmətinin nümayəndəsi Xorxe Santa Kruz Montero bildirib ki, bu filateliya məhsulları Azərbaycan və Peru arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın simvolunu əks etdirir.

Yubiley poçt açıqçası və zərfin dizaynında füsunkar Göygöl ilə Perunun dünya şöhrətli Titikaka gölü təsvir olunub. Bu təsvirlər hər iki ölkənin zəngin təbiətini, milli irsini və mədəni dəyərlərini simvolizə edir.

Poçt möhüründə isə Azərbaycanın memarlıq inciləri olan Qız qalası və Alov qüllələri, həmçinin Perunun tarixi simvollarından biri olan Maçu-Pikçu əks olunub. Bu dizayn coğrafi baxımdan uzaq məsafədə yerləşən iki ölkəni dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq kimi ortaq dəyərlər ətrafında birləşdirən rəmzi mesaj daşıyır.

Tədbir çərçivəsində yubiley poçt zərfinin rəsmi möhürlənməsi mərasimi də keçirilib. Mərasimdə səfir Seymur Fətəliyev, Peru Xarici İşlər nazirinin müavini Erik Anderson və Peru Poçt Xidmətinin nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra qonaqlar Azərbaycan–Peru münasibətlərinin 30 illik tarixini əks etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada 1996-cı ildən bu günədək ikitərəfli əlaqələrin inkişafını əks etdirən fotoşəkillər, arxiv sənədləri və müxtəlif materiallar nümayiş etdirilib. Sərgidə yüksək səviyyəli qarşılıqlı səfərlər, diplomatik görüşlər, Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də mədəni, akademik və humanitar əlaqələrin əsas mərhələləri geniş şəkildə təqdim olunub.

İştirakçıların böyük marağına səbəb olan sərgi 15 gün ərzində ziyarətçilər üçün açıq olacaq və Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin zəngin tarixini nümayiş etdirməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri