Azərbaycan Premyer Liqasının oyunlarında mətn və poster Tofiq Bəhramov üçün
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun bütün oyunlarında Tofiq Bəhramovun 100 illik yubileyi ilə əlaqədar klublara təqdim olunacaq mətn stadionlarda səsləndiriləcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
PFL rəsmisi 31 yanvar- 2 fevralda keçiriləcək bütün çempionat oyunlarında T. Bəhramovun yubileyinin qeyd olunacağını açıqlayıb: “Eyni zamanda, xüsusi hazırlanmış poster stadionların tablolarında nümayiş olunacaq. Klublara məlumat verəcəyik ki, özlərinin əlavə tədbirləri olarsa, bizə müraciət edə bilərlər”.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Haciyev Tofiq Bəhramovun xatirəsinin çempionat oyunlarında yad olunacağını bu gün açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















