Icma.az
close
up
RU
Azərbaycan Prezidenti Davosda: “Bizim üçün kifayət qədər ciddi uğurlarla başladı” Yeni Çağ Media

Azərbaycan Prezidenti Davosda: “Bizim üçün kifayət qədər ciddi uğurlarla başladı” Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünya İqtisadi Forumuna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlət başçımızın yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun və yeni reallıqlar yaradan lider rolunun göstəricisidir”.

Bu sözləri Yenicag.az-aa açıqlamasında Prezident İlham Əliyevin Davos səfərini şərh edərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili əlavə edib ki, Dünya İqtisadi Forumunun builki toplantısı müasir qlobal çağırışlar fonunda mahiyyət və keyfiyyətcə tam yeni bir mərhələyə təsadüf edir:

“Qütblərarası ziddiyyətin daha da dərinləşməsi, faktiki olaraq, Üçüncü Dünya müharibəsinin başlaması, siyasi, sosial, iqtisadi və demoqrafik böhranların dərinləşdiyi bir vaxtda qlobal iqtisadi inkişaf, əməkdaşlıq tamamilə yeni baxış və yanaşmalar tələb edir. Belə bir məqamda beynəlxalq birlik faktiki olaraq Dünya İqtisadi Forumuna fürsət kimi baxır və builki toplantıda daha çox diqqət dəvətlilərin istər regional, istər qlobal müstəvidə həll qabiliyyətli nüfuzlu liderlər olması elementinə yönəlib”.

Onun sözlərinə görə, bu mənada, foruma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlət başçımızın yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun və yeni reallıqlar yaradan lider rolunun göstəricisidir:

“Təbiidir ki, qlobal təhdidlərin artdığı, qarşıdurmaların və ayırıcı xətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycan təcrübəsinə müraciət və cənab İlham Əliyevin beynəlxalq miqyaslı lider olaraq yaratdığı nümunə diqqət cəlb etməyə bilməzdi. Xüsusən nəzərə alsaq ki, Davos iqtisadi müstəvi hesab olunsa da, sirr deyil ki, alınan qərarların nəticələri dünya siyasətində beynəlxalq münasibətlərdə ciddi formada inikas olunur”.

Deputat həmçinin qeyd edib ki, Almaniya hökuməti də artıq əvvəlki kimi Azərbaycana qarşı radikal mövqe sərgiləmir:

“Lakin əvvəldə də qeyd etdiyimiz kimi, ötən dövrdə masada olan alət və vasitələr, eyni zamanda, köhnə hədəflər artıq effektiv deyil. Lakin o da faktdır ki, Prezident İlham Əliyevin ardıcıl səylərinin davamı olaraq Azərbaycan artıq həmin müasir enerji tendensiyalarının elit klubunun yeni üzvü kimi nəinki qəbul edilir, üstəlik, artıq bir çox coğrafiyalarda bu sahədə Azərbaycanla və dövlətimizin başçısı ilə birmənalı şəkildə hesablaşılır. Davosda çoxsaylı görüş müraciətləri fonunda birmənalı şəkildə o qənaətə gəlmək mümkündür ki, qlobal birlik də cənab İlham Əliyevin yaratdığı bu reallıqların Azərbaycanın artan güc və imkanlarının fərqindədir”.

B. Məhərrəmov onu da vurğulayıb ki, Davosda məhz qarşı tərəfin müraciəti əsasında Azərbaycan Prezidentinin Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts ilə, habelə İsrail prezidenti cənab Yitzhaq Hersoq ilə görüşləri istər iqtisadi, istər qlobal təhlükəsizlik məsələlərində Azərbaycanın artan roluna və Prezident İlham Əliyevin bu proseslərə baxışının aparıcı geosiyasi güclər üçün nə qədər önəmli olduğuna şahidlik etməkdəyik:

“Müəyyən dövrlərdə kifayət qədər radikal mövqeyi ilə seçilən Almaniya hökumətinin bu gün artıq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparması, o cümlədən Almaniya kanslerinin açıq mətnlə Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın səylərini dəstəklədiyini bildirməsi Qərbin, xüsusən Avroməkanın Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə başladığını göstərməkdədir.

Bundan başqa, Davos kimi önəmli geosiyasi platformada dünyanın aparıcı güclərindən olan İsrailin dövlət başçısının Azərbaycanda zəngin multikultural mühitin mövcudluğundan, habelə ölkəmizdə yəhudi icmasının digər icma nümayəndələri kimi əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hərtərəfli şəraitin yaradılmasını məmnunluqla qeyd etməsi Azərbaycana qarşı çirkin böhtan və qarayaxma kampaniyaları, o cümlədən digər etnoslara “ayrı-seçkilik zəminində” heç bir əsası olmayan ittihamlar fonunda cənab İlham Əliyevin növbəti siyasi qələbəsi hesab olunmalıdır”.

Milli Məclisin deputatı yekunda onu da söyləyib ki, həmçinin Davosda Latviya prezidenti Edqars Rinkeviçs, İraq prezidenti Əbdüllətif Camal Rəşid, habelə İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşlər və üstəlik, bu görüşlərin qarşı tərəflərin istəyi ilə baş tutması regionda sülh və sabitlik məsələlərinin Azərbaycan Prezidenti ilə müzakirə olunması yaranan yeni reallıqda Azərbaycanın artan güc və imkanlarının, habelə qlobal təsir imkanlarının növbəti göstəricisi oldu:

“Dünya İqtisadi Forumu çərçivəsində biznes nəhənglərinin Azərbaycan Prezidenti ilə görüş istəkləri isə ölkəmizdə sabit, təhlükəsiz şəraitin, güvənilir investisiya mühitinin, habelə şəffaf idarəetmə formatının artıq tam şəkildə bərqərar olunduğunu və bunun qlobal miqyasda qəbul edildiyini bəyan etmiş oldu. Bu mənada, əminliklə demək olar ki, Davos Azərbaycan üçün kifayət qədər ciddi uğurlarla başladı”.

Nurlan Cəfəri

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri