Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin açıqlamaları Antalya Forumunda söylənilən bir çox məsələlərin əsas istiqaməti oldu

Azərbaycan Prezidentinin açıqlamaları Antalya Forumunda söylənilən bir çox məsələlərin əsas istiqaməti oldu

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanın dünyanın bir çox dövlətləri ilə  qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurması ölkəmizin nüfüzunu daha da artırır. Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olaraq regionda, habelə bütün dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atır, təşəbbüslər irəli sürür".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib. 
O bildirib ki, “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Antalya Diplomatiya Forumu gələcəkdə bu istiqamətdə beynəlxalq çərçivədə dünya ölkələri arasında strateji əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün bir təkandır:
"Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. 
Qlobal fikir ayrılıqları şəraitində diplomatiyanın sabitləşdirici qüvvə kimi özünü yenidən təsdiq etməsi üçün Forumun keçirilməsinə böyük ehtiyac var idi. 
Forum çərçivəsində planetimizin demək olar ki, bütün regionlarında qlobal çağırış və təhdidlərlə yanaşı, hazırda dünya gündəmində olan iqlim dəyişikliyi, planetimizin mühafizəsi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi mühüm məsələlər geniş müzakirə olunub".
Onun sözlərinə görə, artan geosiyasi ziddiyyətlər, qlobal bərabərsizliklərin dərinləşməsi, iqlim böhranının geniş miqyasda təsirləri get-gedə ümumi ədalət hissini sarsıdır və beynəlxalq institutlara inamı azaldır:
"Çoxsaylı böhranlarla səciyyələnən qeyri-sabitliyin artdığı bir dövrdə Antalya Diplomatiya Forumu çoxtərəfli nizamın sistem problemlərini müzakirə etmək, qiymətləndirmək və sürətlə dəyişən beynəlxalq mühitdə diplomatiyaya sahiblik mövzusunda dialoqu təşviq etmək məqsədi daşıyır.
Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması, sülh danışıqlarının keçirilməsi istiqamətində həm Türkiyənin, həm də Azərbaycanın göstərdikləri təşəbbüslər dünya ictimaiyyətində yüksək qiymətləndirilir.  
Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edildiyi halda, Azərbaycanda əhali təhlükəsizlik, tolerantlıq şəraitində yaşayır və bütün bu faktlar ölkəmizin nüfuzunu daha da artırır. 
Antalya Forumunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, ondan əvvəl Bakıda Ada Unversitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda cənab prezident İlham Əliyevin açıqlamaları, xüsusən də Türk Dünyasının inteqrasiyası, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı və Türkiyə-İsrail münasibətləri ilə əlaqəli fikirləri, mövqeyi əslində Antalya Forumunda söylənilən bir çox məsələlərin əsas istiqaməti oldu. 
Eyni zamanda bu Forumu fərqləndirən  əsas cəhət müzakirə olunan məsələlərin birqütblü olmaması idi. Belə ki, cənab Ərdoğan, Türkiyənın Xarici İşlər naziri Hakan Fidan və digərləri tərəfindən dünyada və xüsusən bölgədə olan problemlərin həlli istiqamətində effektiv və mühüm addımların atılması müzakirə olundu".
Qeyd edək ki, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində Dördüncü Antalya Diplomarik Forumu keçirilib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri