Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq tərəfdaşları Ermənistanla sülh prosesini dəstəkləməyə çağırıb VİDEO

Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq tərəfdaşları Ermənistanla sülh prosesini dəstəkləməyə çağırıb VİDEO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Beynəlxalq tərəfdaşlarımızı sülh prosesini dəstəkləməyə çağırırıq.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.

“Brüsseldə Avropa İttifaqından olan dostlarımızın dəstəyi ilə görüşmək imkanımız oldu. O vaxtdan bəri ölkə rəhbərliklərinin göstərişi ilə konkret bir gündəlik üzərində işləyirik. O da budur ki, sülhü necə irəli apara və ixtilafları kənara qoya bilərik. Azərbaycan bu məsələdə özünün xoşməramını və təşəbbüsünü irəli sürüb. Erməni həmkarlarımızla və başqa kanallarla sülhü irəli aparmağın yollarını müzakirə edirdik. Strategiyamız Cənubi Qafqazı rəqabət bölgəsinə çevirmək deyil, onu əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir. Azərbaycan-Ermənistan sülh prosesi qlobal münaqişələr kontekstində ən azından bir uğur hekayəsidir. Bir münaqişə fəsli bitir. Biz bütün beynəlxalq tərəfdaşlarımızı, o cümlədən qlobal gücləri bu sülh prosesini dəstəkləməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycan və Ermənistan arasında geri dönüşü olmayan bir sülh əldə olunacaq”, Hikmət Hacıyev bildirib.

Armen Qriqoryan Azərbaycanla “etimad divarını inşa etməyə çalışdıqlarını” vurğulayıb: “Bütün münaqişələrdə tərəflər bir-birinə güvənmir. Amma biz buna doğru irəliləmişik. Məşhur mahnıda deyildiyi kimi, bu, müsbət mənada divarda yeni bir kərpicdir. Biz bu məqsədə doğru irəliləmişik, bu etimad divarını tikməyə çalışmışıq”.

Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi ölkələrin bir-birindən asılılığını artıracaq və sülhü gücləndirəcək, eləcə də hər iki ölkənin xalqları üçün iqtisadi faydalara yol açacaq: “Biz bu istiqamətdə irəliləyirik və Hikmət Hacıyevlə mənim burada - Dohada sizin studiyanızda yan-yana əyləşməsi buna bir sübutdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri