Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub FOTO

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub FOTO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri dünya mediası tərəfindən geniş işıqlandırılıb.

Moderator.az xəbər verir ki, Slovakiyanın aparıcı media orqanları - TASR xəbər agentliyi, "TA3" telekanalı, "Dennik", "Slovak Spectator", "Hospodarske noviny" qəzetləri və digər mətbu orqanları rəsmi səfər, keçirilən görüşlər və imzalanan sənədlərlə bağlı xəbərlər yayıblar. Qeyd edilib ki, səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım kimi qiymətləndirilir.

Vurğulanıb ki, Slovakiya Prezidenti Peter Pelleqrini və Baş nazir Robert Fitso ilə danışıqlar dostluq və qarşılıqlı hörmət ruhunda keçib. Prezident Pelleqrini diqqətə çatdırıb ki, Slovakiya Azərbaycanı dost ölkə hesab edir və onu regionun strateji oyunçusu kimi qəbul edir. Prezident İlham Əliyev isə iki ölkə arasında əməkdaşlığın çoxşaxəli potensialını vurğulayıb və Slovakiya ilə münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını qeyd edib.

Görüşlərdə enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi məsələləri əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır və istənilən vaxt Slovakiyaya əlavə qaz tədarük etməyə hazırdır. Tərəflər enerji, nəqliyyat və logistika sahələrində yeni layihələrin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı hər iki ölkənin müdafiə sənayesi müəssisələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Qeyd edilib ki, Azərbaycan və Slovakiya birgə istehsal sahələrini inkişaf etdirməklə beynəlxalq bazarlara yeni məhsullar çıxara bilərlər.

Görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, ticarət dövriyyəsinin və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Slovakiya Prezidenti qeyd edib ki, Bratislava ilə Bakı arasında birbaşa aviareysin açılması iki ölkə arasında turizm və biznes əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

Nəticə etibarilə qeyd etmək olar ki, Slovakiya mediası səfəri tarixi hadisə kimi qiymətləndirib. Yazılarda vurğulanır ki, bu səfər iki ölkə arasında energetika, müdafiə, iqtisadiyyat, texnologiya və mədəniyyət sahələrində yeni əməkdaşlıq səhifəsi açır.

Bu səfər Rusiya mətbuatının da diqqət mərkəzində olub.

"Krasnaya vesna", "TASS", "Vestnik Kavkaza" informasiya agentliklərinin, "MİR" telekanalının, "OilCapital", "Finmarket", "EADaily" və digər nəşrlərin materiallarında əsas vurğu Bakı ilə Bratislava arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı maraqlar və enerji təhlükəsizliyi məsələlərinin müzakirəsinə edilib. Qeyd olunur ki, səfər çərçivəsində xarici siyasət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, danışıqların konstruktiv ab-havada keçdiyi və Bratislava ilə Bakının əlaqələrinin güclənməsinə töhfə verdiyi vurğulanıb. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin Bratislavadakı Devin tarixi qəsrini ziyarət etmələri də xüsusi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan Slovakiyaya qaz ixracını istənilən vaxt bərpa etməyə hazırdır. Materiallarda rəsmi Bakının Slovakiyanı Avropa enerji bazarında perspektivli tərəfdaş kimi qiymətləndirdiyi və Azərbaycanın sabit tədarük imkanlarına malik olduğu diqqətə çatdırılır.

Türkiyə mediası da səfərlə bağlı məlumatlar yayıb. Türkiyənin Strateji Düşüncə İnstitutunun saytında yayımlanan məqalədə bildirilib ki, Prezident İlham Əliyevin slovakiyalı həmkarı ilə görüşdə enerji təchizatı təhlükəsizliyində Azərbaycanın rolunun artırılması, müdafiə sənayesi sahəsində texnologiya transferi və birgə istehsal perspektivləri müzakirə olunub. Slovakiya tərəfi Azərbaycanın enerji resurslarının alternativ mənbə kimi əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev isə qaz tədarükünü genişləndirməyə və Slovakiyanın texnoloji təcrübəsi ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək, dünya bazarlarına çıxacaq yeni müdafiə məhsulları hazırlamağa hazır olduqlarını bildirib.

"Oksigen" qəzetinin məqaləsində bildirilib ki, Prezident İlham Əliyevin Prezident Peter Pelleqrini ilə görüşündə enerji təhlükəsizliyində Azərbaycanın strateji rolu və müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivləri müzakirə olunub. Slovakiya Lideri ölkəsinin enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın aparıcı rolunu vurğulayıb və birgə istehsal olunacaq müdafiə məhsullarının üçüncü ölkələrə satış imkanlarına diqqət çəkib.

"TRT Avaz"ın saytında dərc olunan "Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir" sərlövhəli yazıda görüşlər zamanı enerji təchizatı təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat və Ağdam rayonunun "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulması kimi istiqamətlərdə əməkdaşlıq imkanlarının müzakirə olunduğu qeyd edilib. Vurğulanıb ki, Prezident Pelleqrini Azərbaycanın uzunmüddətli strateji tərəfdaş kimi rolunu vurğulayıb, Prezident Əliyev isə qaz tədarükünü genişləndirməyə, həmçinin Slovakiya texnologiyası ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni müdafiə və infrastruktur layihələrini həyata keçirməyə hazır olduqlarını bildirib.

Bolqarıstanın "Factibg.com" saytında dərc olunan yazıda isə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında qaz tədarükü və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanlarının müzakirə edildiyi qeyd olunur. Vurğulanır ki, Slovakiya Azərbaycanla hərbi tərəfdaşlığı da gücləndirməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri