Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Türkmənistana səfəri qarşılıqlı əlaqələri yeni mərhələyə daşıyır ŞƏRH

Azərbaycan Prezidentinin Türkmənistana səfəri qarşılıqlı əlaqələri yeni mərhələyə daşıyır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanla Türkmənistan dost və qardaş ölkələrdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O xatırladıb ki, ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun respublikamıza səfəri baş tutmuşdu. Uğurla keçən səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov aktual müzakirələr aparmaqla yanaşı, bir sıra tədbirlərə də qatılmışdılar. Ən yaddaqalan məqamlardan biri isə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad olunmuş Qarabağa səfəri oldu. Prezident İlham Əliyevin Türkmənistana səfəri isə qarşılıqlı əlaqələrimizdə yeni səhifə açır.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Mühüm amillərdən biri isə dövlətimizin başçısının səfəri zamanı Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Görüşdə Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb. Mətbuata birgə bəyanat zamanı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə deyib ki, bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, üçtərəfli yüksəksəviyyəli görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı olacaq.

“Qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək vermələri də çox qürurvericidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında ölkəmizdə səfərdə olarkən Füzuli şəhərində Türkmənistanın hədiyyəsi kimi məscid tikilməsini təklif edib. Hazırda həmin məscidin tikilməsi üçün müvafiq işlər aparılır. Məlumdur ki, postmüharibə dövründə dost dövlətlər, xüsusilə də türkdilli ölkələr bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub. Özbəkistan Füzulidə məktəb inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva 2023-cü il avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Ötən il mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dost ölkə tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub. Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, cari il iyulun 3-də Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. Bütün bunların fonunda Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

YAP İdarə Heyətinin üzvü hesab edir ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri