Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin oktyabrında Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə 5 depozit hərracı keçirib.
Banco.az nazirliyə istinadən xəbər verir ki, hərraclarda ümumilikdə xəzinə hesabının 704 milyon manat məbləğində qalığı 28 və 56 gün müddətlərinə 6,5 % orta çəkili faiz dərəcəsi ilə ölkənin kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.
Xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi mexanizmi "Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları" ilə müəyyən olunur. Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə dövlət büdcəsində əlavə daxilolmaların formalaşdırılmasını təmin edir. Eyni zamanda, vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi bank sektorunda likvidliyin artmasına töhfə verir.
Baxış sayı:79
Bu xəbər 30 Oktyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















