Azərbaycan proseslərdən kənar qalmamalıdır
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İranın xarici işlər naziri S. Əraqçının Rusiya səfəri və diplomatik təmaslarının heç bir müsbət nəticəsi olmayacaq".
Newscenter.az-ın xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki,Rusiyanın İrana ciddi hərbi dəstəyi mümkün görünmür:
"Çünki, Rusiyanın özünə hərbi dəstək lazımdır. Siyasi dəstəyinə gəldikdə isə, ümumiyyətlə ABŞ və İsrail Rusiya ilə danışıqlarda maraqlı deyil. Rusiyanın təsirli dəstəyi də İranda sistemi qoruya bilməyəcək. Rusiyanın İrana hərbi -siyasi dəstəyi sistemin qorunması üçün yetərli deyil".
Politoloq qeyd edib ki, İran rejiminin islahatlara gedib, hakimiyyəti prezident M. Pezeşkiana təhvil verməkdən başqa çıxış yolu yoxdur:
"ABŞ və İsrailin hədəfi rejimi dəyişməkdir. D. Tramp Iranin təslim olmasını deyərkən hakimiyyətin təhvil verilməsini qeyd edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə S. Xameneinin hakimiyyəti təhvil verilməsini diplomatik kanallarla çatdırır.
Azərbaycan da proseslərdən kənar qalmamalıdır. Prezident M. Pezeşkiana siyasi dəstək verə bilər. Bu, maraqlarımıza uyğundur. Həmçinin İsrailə azərbaycanlılarla bağlı növbəti mesajını verməlidir. Təbriz və digər Azərbaycan şəhərlərində mülki infrastrukturun vurulmamasını tələb etməlidir".
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:“Azərbaycan mürəkkəb geosiyasi proseslərdən qalib çıxmağı bacarıb”
21 Fevral 2026 11:52
Azərbaycan derbisi gəlir! Bu oyunda tribunalar boş qalmamalıdır
16 Oktyabr 2026 13:03
Azərbaycan və Ermənistanda anklav və eksklav qalmamalıdır Paşinyan
14 Oktyabr 2026 09:49
Azərbaycan, Ermənistan və Gürcüstan arasında problem qalmamalıdır ŞƏRH
31 Oktyabr 2026 13:56
Baxış sayı:115
Bu xəbər 23 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















