Icma.az
close
up
RU
Azərbaycan qadını dövlətçilik, müdriklik və tərəqqi simvoludur

Azərbaycan qadını dövlətçilik, müdriklik və tərəqqi simvoludur

Modern.az saytına istinadən Icma.az xəbər verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə təqvim bayramı deyil, həm də qadının cəmiyyətdəki yerinə, onun tarixi missiyasına və müasir inkişaf proseslərindəki roluna verilən ali dəyərin ifadəsidir. Azərbaycan qadını əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu, dövlətçilik ənənələrinin daşıyıcısı və ictimai tərəqqinin aparıcı qüvvələrindən biri olmuşdur.

Azərbaycan tarixində qadınların rolu müstəsna əhəmiyyət daşıyır. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazlarının mərdliyi və müdrikliyi, Tomris, Möminə Xatun, Sara Xatun, Nüşabə, Nigar, Həcər, Tutu Bikə kimi lider qadınların dövlətçilik və mübarizə ənənələrində göstərdiyi şücaət Azərbaycan qadınının yalnız ailə institutunun deyil, həm də siyasi və ictimai həyatın fəal subyekti olduğunu sübut edir. Azərbaycan qadını hər zaman Vətənin müdafiəsində kişilərlə çiyin-çiyinə dayanmış, dövlət quruculuğu proseslərində fədakarlıq nümayiş etdirmişdir. Bu tarixi ənənə müasir dövrdə də davam edir-qadınlarımız həm dövlət idarəçiliyində, həm də ordu quruculuğunda şərəf və ləyaqətlə xidmət göstərirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçib-seçilmək hüququnun verilməsi təkcə ölkə tarixində deyil, bütövlükdə Şərqdə və bir sıra Avropa dövlətlərindən daha əvvəl həyata keçirilmiş mühüm demokratik addım idi. Bu qərar qadının ictimai-siyasi həyatın tamhüquqlu iştirakçısı kimi qəbul edildiyini təsdiqlədi və gender bərabərliyinin hüquqi əsaslarını formalaşdırdı. Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin sistemli və məqsədyönlü şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların cəmiyyətin bütün sahələrində təmsilçiliyini artırmağı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması gender siyasətinin institusional əsaslarını möhkəmləndirdi. Bu addımlar qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılmasına və gender amilinin dövlət idarəçiliyinə inteqrasiyasına geniş imkanlar yaratdı. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmuş, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələ olmuşdur. Bu normativ sənədlər yalnız hüquqi çərçivə yaratmamış, həm də cəmiyyətin düşüncə tərzində müsbət dəyişikliklərə təkan vermişdir. Bu gün dövlət qadın siyasəti Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə yeni meyarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Gender bərabərliyinin təmin olunması, qadınların iqtisadi və ictimai fəallığının artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi prioritet istiqamətlərdəndir. Təsdiq edilmiş “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, rəqəmsal savadlılığının gücləndirilməsi, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, iqlim dəyişiklikləri ilə mübarizədə iştirakının genişləndirilməsi kimi mühüm hədəfləri özündə ehtiva edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının beynəlxalq nüfuzunun artmasında xüsusi rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu illərdir humanitar və mədəni diplomatiya sahəsində mühüm layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik missiyası, mədəni irsimizin dünyada təbliği istiqamətində gördüyü işlər Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm komponentinə çevrilmişdir. 2026-cı ildə yaradılmış Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin ona həvalə edilməsi qadın liderliyinin yeni strateji sahələrdə də öz təsdiqini tapdığını göstərir. Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, ümumi işçi qüvvəsində qadınların payı 48,4 faiz, məşğul əhali arasında isə 48,1 faizdir. Qadın sahibkarların xüsusi çəkisi 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 39,34 faizə yüksəlmiş, Milli Məclisdə qadın deputatların sayı VII çağırışda 26 nəfərə çatmışdır. 2020-ci ildən etibarən Milli Məclisə qadın sədrin rəhbərlik etməsi siyasi sistemdə gender balansının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
“Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi qadın və gənc qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş mühüm təşəbbüsdür. Minlərlə gəncin cəlb olunduğu bu platforma qadınların sosial-iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına real zəmin yaradır.

Azərbaycan qadını tarixən milli dövlətçilik ideyalarına sədaqət göstərmiş, müasir dövrdə isə ölkənin sosial-iqtisadi və siyasi inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Dövlət siyasətinin mərkəzində dayanan gender bərabərliyi prinsipi qadınların hüquqlarının qorunmasına və onların potensialının tam reallaşdırılmasına xidmət edir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına göstərilən ehtiram, əslində, dövlətin və cəmiyyətin qadına verdiyi yüksək dəyərin təntənəsidir. Güclü dövlətin təməlində güclü ailə, güclü ailənin təməlində isə müdrik və fədakar Azərbaycan qadını dayanır.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri