Icma.az
close
up
RU
Azərbaycan qadınından söhbət açaq...

Azərbaycan qadınından söhbət açaq...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu gün Azərbaycan qadınından, ilk növbədə hər birimizin evinin bəzəyindən söhbət açmaq istəyirəm. Elə bir bəzək ki, o, yoxsa, min bir zinət belə evlərimizi bəzəyə, gözəlləşdirə bilməz. Evlərimizin bəzəyi qadındır. O qadın ki, Azərbaycan xalqının tarixinin səhifələrinə öz qəhrəmanlığı, müdrikliyi, sədaqəti, namusu, gözəlliyi, ən əsası isə yüksək analıq keyfiyyəti ilə elə bir salnamə yazıb ki, illər, əsrlər sonra da o səhifələri hər vərəqlədikə qürur duyur, fəxr edirik.

İsmət, namus, qeyrət təcəssümü ilə başımızın tacı olan qadınlardan söhbət açmaq istəyirəm. Sədaqəti, zəhmətkeşliyi ilə həyat yoldaşına bir ömür arxa, dayaq, dost, yoldaş olan qadından. Abır, həya mücəssəməsi ilə ata-ana, qayınana-qayınata yanında yemək yeməyə utanan, övladını qucağına almayan qadından. Balası göz nuru, göz bəbəyi olan, gecələri yuxusuz, lakin əvəzsiz məhəbbətlə beşik yırğalayan qadından. Göz nurunun bir iməyinə, bir addımına, bir kəlmə sözünə, cümləsinə sevincini yumruğu boyda ürəyindən çıxarıb dünya ilə bir edən qadından... “Laylay dedim yatasan, qızılgülə batasan, qızılgülün içində şirin yuxu tapasan” laylası ilə gözlərimizin xumarı, qulaqlarımızın nənnisi olan qadınlardan. Bir narahatlığımız olanda, azacıq xəstələnəndə “sənə gələn mənə gəlsin”,- deyib göz yaşı axıdan, başımızın üstündə dan yerini dualarıyla ağardan qadından...

Evlərimizin bəzəyi qadınlardan söhbət açmaq istəyirəm. Ana çağırdığımız, varlığıyla var olduğumuz, ocağımızın istisi, işığına, nuruna yığışdığımız qadınlardan danışmaq istəyirəm. Başımızın tacı analardan, qucağı dünyanın ən təhlükəsiz ünvanı, hüzur məskəni olan analardan... Sirr yerimiz, söz yerimiz, gözlərimizlə bir-birimizi anladığımız analardan danışmaq istəyirəm.

Kimdir Azərbaycan qadını?

Şücaətini, qəhrəmanlığını, hökmdar, hətta sərkərdə, döyüşçü, diplomat olmaq qabiliyyətini çoxəsrlik tariximizə yazmağı bacaran, kişilərdən ağlı-zəkası, hünəri ilə heç də geridə qalmayan qürur yerimizdir Azərbaycan qadını. Kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən Burla xatun, Banu Çiçək, Selcan xatundur, ağıl-zəkası ilə tarixə iz salan hökmdar Tomris anadır Azərbaycan qadını. Hünər rəmzi olan Mehrican, Möminə xatunlardır, Nigar, Tuti Bikə, Nüşabə, Həcər xanımlardır, Gültəkinlər, Salatınlar, Arəstələrdir Azərbaycan qadını.

Ziyalılığı ilə qürur duyduğumuz, mərhəmətli həkim, qayğıkeş ana, Ümummilli Liderimizə özünün də söylədiyi kimi gözəl həyat yoldaşı olan Zərifə xanım Əliyevadır Azərbaycan qadını. Müasir dövrümüzdə Azərbaycan qadınının dünyada təmsilçisi, sözünü deyən, hüquqlarını qoruyan, müstəqil ölkəmizin inkişafında Prezident İlham Əliyevin ən yaxın köməkçisi olan, gözəl ana, sədaqətli həyat yoldaşı, xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu, onu dünyaya tanıdan, yaşadılması üçün misilsiz xidmətləri olan, xalqının layiqli övladı Mehriban xanım Əliyevadır Azərbaycan qadını. Adlarını sadaladığım bütün bu qadınların timsalında ailəsinin, xalqının, dövlətinin, cəmiyyətin inkişafı naminə kişilərlə birlikdə unudulmaz xidmətləri olandır Azərbaycan qadını. Elə bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri də olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Azərbaycan qadını həyata böyük şəxsiyyətlər bəxş etmiş anadır

Övladına südü ilə Vətən sevgisini aşılayan, onu vətənpərvərlik ruhunda böyüdən, torpağa sədaqət, bağlılıq dərsi verən qadındır. Azərbaycan qadını Vətən, torpaq uğrunda şəhiddir. Cəbhədə özünü yaralıların harayına yetirib gülləbaran altında qorxmazlıq nümayiş etdirən, müharibənin həqiqətlərini dünyaya çatdırmaq üçün özünü odun-alovun içərisinə atıb şəhid olan qadındır. Eyni zamanda Azərbaycan qadını şəhid anasıdır. Qorxmaz, əzmkar sinəsinə bala dağı çəkilən, lakin torpağının-namusunun xilaskarı olan balası ilə qürur duyan anadır. Balasını ağlarkən bir gözü də gülən qadındır. Çünki Vətən sevgisi Azərbaycan qadını üçün bütün sevgilərdən öndədir. Azərbaycan qadını şəhid arvadıdır. Bir üzü qız, bir üzü gəlin qadındır. Saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb ömrünü övladları yolunda şam edən qadındır.

Azərbaycan qadını siyasətçi, iş adamı, dövlət məmuru, deputat, müəllim, həkim, mühəndis, iqtisadçı və digər sahələrin mütəxəssisi, ölkənin inkişafında özünəməxsus yeri olan vətəndaşdır. Ailəsinin, evinin qayğıları ilə bərabər, cəmiyyətin tərəqqisini düşünən, bunun üçün vaxtını bölən, rahatlığından keçən, gecəli-gündüzlü çalışan, zəhməti ilə xalqına səmərə verən qayğıkeşdir. Dövlətimizin başçısı Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.

Qadınlarımız özlərinə layiq şəkildə hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında qadınların kişilərlə eyni hüquq və azadlıqlara malik olmasının təsbit edilməsi, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanın imzalanması, ardınca qadınların cəmiyyətdəki rolunun artırılması məqsədilə onların yüksək vəzifələrə irəli çəkilməsi respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı. Həmçinin 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.

Respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısı qadınların cəmiyyətdəki roluna, onların dövlət idarəçiliyində təmsil olunmasına diqqətlə yanaşır. 2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulu isə qadın məsələlərinin hər zaman dövlətimizin diqqətində olduğunun təzahürüdür. Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı möhtəşəm dəyişiklik qadınlara diqqətlə yanaşı, onlara böyük sayğı ilə yanaşmanın göstəricisidir.

Azərbaycan qadınının fəal ictimai həyatı üçün yeni səhifə

Ölkəmizdə qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi əhəmiyyətə malikdir. “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən”,-deyən Azərbaycanın birinci xanımı humanistliyi, insanpərvərliyi, insan amilinə verdiyi dəyərlə, müasir yanaşma tərzi ilə öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltmiş, Azərbaycan qadınının fəal ictimai həyatı üçün yeni səhifə açmışdır. Bu səhifədə hər bir Azərbaycan qadını öz dəyərini görür. Arxasında, hüquqlarının müdafiəsində Mehriban xanım Əliyevanı, onun müasir dünyagörüşdən, geniş erudisiyadan irəli gələn modern baxışını, yüksək təəssübkeşlik xarakterini görür.

Hər birimizin əzizi-anası, nənəsi, bacısı, xalası-bibisi olan Azərbaycan qadını haqqında olan söhbətimi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınını xarakterizə edən dəyərli fikirləri ilə tamamlayıram. Ulu Öndər deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see380

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see210

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see204

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see199

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see187

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see174

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see174

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see174

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see170

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see169

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see169

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see167

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see167

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see167

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see166

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see160

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri