Şahzadənin əmisi oğlu ölü tapıldı Bir nəfər saxlanıldı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Monakoda knyaz II Albertin 29 yaşlı əmisi oğlu Antuan de Massinin meyiti aşkarlanıb. Hadisə ilə bağlı ölümün səbəblərini və şəraitini müəyyənləşdirmək üçün araşdırma başlanıb.
Modern.az xəbər verir ki, bu barədə “Monaco Matin” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, gənc bazar günü ailə naharına gəlməyib. Bundan sonra qohumlarından biri polisə müraciət edib. Bir neçə saat sonra onun meyiti Larvotto bulvarı boyunca yerləşən yaşıllıq ərazisində aşkarlanıb.
Monakonun baş prokuroru Stefan Tibo bildirib ki, hüquq-mühafizə orqanları ölümün səbəblərini və hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün istintaqa başlayıb.
İstintaq tədbirləri çərçivəsində meyitin tapıldığı ərazinin yaxınlığındakı müşahidə kameralarının görüntülərinə düşən bir kişi saxlanılıb. Hazırda həmin şəxsin dindirildiyi bildirilir.
Bununla belə, “Monaco Matin” qeyd edir ki, saxlanılan şəxs iş üzrə yalnız şahid qismində iştirak edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Oktyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















