Azərbaycan Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər. Bu barədə SİA-ya Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.
"Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək", - Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib.
O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb.
Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb: “2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 İyun 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















