Icma.az
close
up
RU
Azərbaycan qazı və Slovakiya texnologiyası: Yeni tərəfdaşlığın formulası Kaspi nin ŞƏRHİ

Azərbaycan qazı və Slovakiya texnologiyası: Yeni tərəfdaşlığın formulası Kaspi nin ŞƏRHİ

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bu səfər Azərbaycanla Slovakiyanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəyinə dair siqnallar verir. Bu, perspektivdə iki dövlətin tərəfdaşlıqdan müttəfiqliyə doğru keçidini sürətləndirəcəyi haqqında təəssüratlar yaradır. Hər iki prezidentin güclü əlaqələr qurulması üçün iradə nümayiş etdirməsi Azərbaycanın avroatlantik məkandakı mövqeyinin irəliyə aparılmasına şərait yarada bilər.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Prezident İlham Əliyevin Slovakiyaya səfəri Bakı ilə Bratislavanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəklərinə dair mesajlar verir. Atılan addımlar Azərbaycanın avroatlantik məkandakı mövqeyini gücləndirə bilər.

Bu həftə Azərbaycanın xarici siyasət gündəmi Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri ilə yadda qaldı.

Dekabrın 8-də paytaxt Bratislavada İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra prezidentlərin mətbuata birgə bəyanatı səsləndirilib.

Dekabrın 9-da isə Bratislavada Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi və Baş nazir Robert Fitso ilə görüşləri keçirilib.

İki dövlət maraqlarını uzlaşdırır

Azərbaycanın xarici siyasəti həm müttəfiqlərə, həm də yeni tərəfdaşlara yanaşmaları uzlaşdırmağa hesablanıb. Bu cür xarici siyasət kursu, NATO blokuna üzv olmasına baxmayaraq, Slovakiyanın da konsepsiyasında mövcuddur. Bu bənzərliklərdən yola çıxaraq Azərbaycanla Slovakiya bir-birilərinin maraq və təhlükəsizliklə bağlı səylərini qarşılıqlı dəstəkləməyə fəal şəkildə ehtiyac hiss edirlər. İlham Əliyevin səfəri bu dəstək mexanizmlərinin gücləndirilməsi, yeni əməkdaşlıq modelinə keçidi, bununla da tərəfdaşlıqda növbəti mərhələni əks etdirir. Bu amil Azərbaycanla Slovakiyanı əməkdaşlıqda yeni istiqamətə sövq və təşviq edərək dəyişən dünya nizamına çevik reaksiyanı formalaşdırır. Bunun üçün Azərbaycanla Slovakiya arasında dərinləşmiş əlaqələr və bunun məntiqi davamı olan strateji tərəfdaşlığın qurulması vacib xətt kimi önə çıxır. Əlaqələr çoxvektorlu istiqamətləri əhatə edən xarakterlə daha da möhkəmlənə bilər. Buna görədir ki, Prezident İlham Əliyev və həmkarı mətbuata bəyanat zamanı münasibətlərdəki yeni istiqamətlər barədə konturları qeyd etdilər.

Müdafiə sənayesi, müasir texnologiyalar...

Prezident Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindədir:

"Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə".

2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyanın enerji bazarlarına təchiz edilməsini bildirən Prezident İlham Əliyev prosesin daha da irəliyə aparılması imkanlarının olduğunu bildirib. O, enerji resurslarının ixracı sahəsindəki əməkdaşlığın yeni məcraya, o cümlədən müdafiə sənayesi sahəsində maraqların prioritetləşdirilməsinə istiqamət açdığına işarə edib.

Ümumiyyətlə, hər iki liderin açıqlamalarında silah ixracı, müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə müəssisənin yaradılması ön planda tutulub.

Silahlar - sülhün qarantı kimi

Azərbaycanın Slovakiyada enerji təchizatının şaxələndirilməsi prosesində aparıcı rol oynaya biləcəyini deyən Peter Pelleqrini müdafiə sənayesindəki əməkdaşlığa da toxunub. Onun ümumi fikri belə olub ki, Slovakiyanın Azərbaycanla müdafiə sənayesi sahəsindəki əməkdaşlığı təkcə silah satışı ilə məhdudlaşmayacaq. "Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik", - deyə o əlavə edib.

Prezident İlham Əliyevin bəyanatını isə daha geniş kontekstdə oxumaq mümkündür:

"Biz müharibə aparmaq fikrində deyilik. Yəni bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergetikanın qurulması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcək. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq".

Bu bəyanat rəsmi Bakının sülh, təhlükəsizlik gündəmini əhatə edən prinsiplərə sadiqliyini göstərir. Başqa yandan, İlham Əliyev Avropanın təhlükəsizlik arxitekturasının Cənubi Qafqazdakı proseslərdən asılı olduğunu diplomatik şəkildə dilə gətirərək Azərbaycanın avroatlantik məkandakı rolunu göstərir.

Nəticə və perspektivlər

Bu səfər Azərbaycanla Slovakiyanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəyinə dair siqnallar verir. Bu, perspektivdə iki dövlətin tərəfdaşlıqdan müttəfiqliyə doğru keçidini sürətləndirəcəyi haqqında təəssüratlar yaradır. Hər iki prezidentin güclü əlaqələr qurulması üçün iradə nümayiş etdirməsi Azərbaycanın avroatlantik məkandakı mövqeyinin irəliyə aparılmasına şərait yarada bilər. Bu, Rusiya-Ukrayna müharibəsi və onun nəticələri fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinə və aktorluq qabiliyyətinə işarə olaraq da əhəmiyyətlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri