Icma.az
close
up
RU
Azərbaycan QHTlərindən Azuleyə

Azərbaycan QHTlərindən Azuleyə

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib.
Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, o da vurğulanıb Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.
Qeyd olunub ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.
Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir. Biz – Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.
Açıq Məktubu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, “Miras” Mədəni İrsin Təbliği İctimai Birliyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, “Hüquqların və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi, “Obyektiv” Milli Dəyərlərin Təbliği İctimai Birliyi, “Prioritet” Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “ICOMOS Azərbaycan” İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası, “Əbədi Turan” Kitab Fondu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”, Mirzə Ələkbər Sabir Fondu, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, “İz” Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb.
Hələlik UNESCO Açıq Məktuba heç bir cavab verməyib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri