Icma.az
close
up
RU
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

9 oktyabr 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZXEBER.COM-a verilən məlumata görə, iclasda bir neçə istiqamətdə məsələlər müzakirə olunub. 

İlk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən "Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və  bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir. AQC İdarə Heyətinin sədi Vüqar Orucun AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir ki, AQC rəhbərliyi  bununla bağlı müvafiq komissiya yaradılması, əlavə və dəyişiklilkər barədə təkliflər isə isə şəffaf və ictimai müzakirəyə açıq şəkildə, bütün üzvlərin iştirakı ilə qəbul edilməsinin zəruriliyini vurğulayıb.

İclasda qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və 9 istiqamət birləşdirilərək 3 fəaliyyət ilə məhdudlaşdırılmalıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rəqabət Məcəlləsinə, şəffaflığa və ədalət prinsiplərinə uyğun olaraq qiymətləndirmə sektorunun tənzimlənməsində Qazaxıstan modelinə üstünlük verilməsini təklif edir.  Belə ki, bu modeldə tənzimləmə həm müvafiq dövlət qurumları, həm də tənzimləyici təşkilatlar tərəfindən həyata keçirilir. Tənzimləyici təşkilatlar dedikdə, hər hansı bir qurum deyil, qiymətləndiricilərin qanun çərçivəsində fəaliyyət göstərən birlikləri nəzərdə tutulur. Qazaxıstanda mövcud olan 4 palata var ki, burada hər bir palatada minimum  30 şirkət və ya qiymətləndirmə mütəxəssisi könüllü şəkildə birləşərək qiymətləndirmə fəaliyyətini həyata keçirə bilir. Bu sektorda tək hakimiyyətliliyin qarşısının alınması və rəqabət mühitinin formalaşması üçün vacib məqamdır.

Daha sonra qiymətləndiricilərin peşə bayramı təşəbbüsü ilə bağlı çıxışlar səsləndirilib. 2023-cü il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun imzaladığı həmin tarix qiymətləndiricilərin peşə bayramı kimi qeyd olunması barədə müvafiq qurumlara təklif göndərilməsi qərara alınıb.

Eyni zamanda, AQC-nə qarşı edilən təxribatlarla bağlı müzakirələr aparılıb və idarə heyətinin üzvləri yekdilliklə bildiriblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bütün bu cəhdlərə baxmayaraq ədalətli, rəqabətə əsaslanan və assosiativ fəaliyyətini davam etdirəcək. Bu istiqamətdə atılan addımlar AQC-ni hədəflərindən döndərə bilməyəcək. 

AQC-yə qarşı təxribatlarla bağlı dövlət və hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti "İqtisadiyyat və Qiymətləndirmə” adlı elmi jurnalın təsis edilməsi barədə qərar qəbul edib. Bu jurnal ölkədə iqtisadi müzakirələrin və debatların aparılmasına, qiymətləndirmə sahəsinin inkişafına, eləcə də Azərbaycanın iqtisadi problemlərinin və onların həlli yollarının elmi şəkildə təhlilinə xidmət edəcək. 

Bütün bunların fonunda, Azərbaycan ərazisində qüvvədə olan qiymətləndirmə standartları barədə aparılan müzakirələrdə AQC İdarə Heyətində müvafiq qərarların qəbul edilməsi ilə bağlı yekdil fikir formalaşıb.

Toplantının sonunda qiymətləndirmə  kurslarının təşkili ilə bağlı pandemiyadan sonrakı dövr nəzərə alınaraq, kursların "online” qaydada təşkilinin vacibliyi vurğulanıb.

İclasın sonunda AQC rəhbərliyi tərəfindən Mərkəzi Bank, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə görüşlərin təşkili və qiymətləndiricilərin problemləri ilə bağlı müzakirələrin aparılması üçün müraciət edilməsi qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri