Icma.az
close
up
RU
Azərbaycan qlobal dialoqun mərkəzi oldu ŞƏRH

Azərbaycan qlobal dialoqun mərkəzi oldu ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ceyhun Məmmədov: "Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır”

“Azərbaycanın beynəlxalq nüfuzu artır – forum ölkəmizin etibarlılığını göstərir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirilib. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib və hər il ardıcıl surətdə təşkil olunan bu forumda dünya birliyi üçün, bəşəriyyət üçün bir çox aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar ətraflı dəyərləndirilib.

Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu forumun böyük rolu var. 

Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsi aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər üzrə müzakirələr aparılıb. Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu qonaqlar, siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər forum çərçivəsində qlobal gündəlikdə duran aktual məsələləri müzakirə ediblər.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Sherg.az” a bildirib ki, dünyada geosiyasi gərginliklərin artdığı, müxtəlif regionlarda qarşıdurmaların dərinləşdiyi bir dövrdə Bakıda yüzlərlə nüfuzlu beynəlxalq qonağın iştirakı ilə qlobal problemlərin müzakirəyə çıxarılması mühüm və təqdirəlayiq addımdır: 

“Qlobal Bakı Forumu artıq regional və beynəlxalq səviyyədə nüfuzlu diplomatik platformalardan birinə çevrilib. Hər il təşkil olunan bu forum çərçivəsində dünya birliyini narahat edən mühüm məsələlər müzakirə edilir, qlobal çağırışlar və tendensiyalar geniş şəkildə təhlil olunur”. 

C. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib:

“Azərbaycan bu mənada unikal bir nümunədir. Bu unikallıq da ölkəmizin etimadının və nüfuzunun artmasına səbəb olur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə gedən proseslərə fəal şəkildə töhfə verməyə çalışır, qlobal təşəbbüsləri dəstəkləyir və müxtəlif platformalarda dialoqun inkişafına xidmət edən addımlar atır. Qlobal Bakı Forumu da bu baxımdan ölkəmizin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir və gələcək üçün əhəmiyyətli töhfə hesab edilə bilər. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm ölkələrdən biridir. Bu cür qlobal tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun ona olan etimadın artmasının göstəricisidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri