Icma.az
close
up
RU
Azərbaycan qlobal dialoqun formalaşmasında mühüm rol oynayır

Azərbaycan qlobal dialoqun formalaşmasında mühüm rol oynayır

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli 7-ci ADA Siyasi Forumu ölkəmizin mövcud imkanlarının təqdimatı, aktual məsələlər ətrafında mövqeyimizin ifadəsi və həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Aprelin 9-da ADA Universitetində təşkil olunan “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda cənab İlham Əliyev çıxışı Türk dünyasının birliyinə və əməkdaşlığına xüsusi önəm verdiyini bir daha nümayiş etdirdi. “Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir”, - deyən dövlətimizin başçısı xatırlatdı ki, ötən yay Şuşada ilk qeyri-formal Zirvə görüşü keçirilmişdir və bu görüşlərin ənənəyə çevrilməsi təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb.
Azərbaycan Prezidenti vurğuladı ki, Türk Dövlətləri Təşkilatının əsas üstünlüyü ortaq tarix, mədəniyyət, etnik köklər və dəyərlərə söykənməsi ilə bağlıdır. Bu zəmin üzərində daha güclü və nəticəyönümlü bir təşkilat qurmaq üçün Azərbaycan səylərini davam etdirir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq mühitinin mövcudluğu Türk dünyasında münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Forum Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını nümayiş etdirdi. Cari il rekord sayda – 80 əcnəbi qonaq foruma qatılıb. Onların əksəriyyəti ölkəmizə ilk dəfə gələn iştirakçılardır. Forum iştirakçılara Azərbaycanın reallıqlarını daha yaxından tanımaq imkanı yaratdı. Dövlət başçısının suallara verdiyi cavablar, irəli sürdüyü çağırışlar sülh, əməkdaşlıq və təhlükəsizliyə yönəlmiş xarici siyasətin növbəti təzahürüdür.
Cənab İlham Əliyev forumda qeyd etdi ki, coğrafi yerləşmə mühüm amildir, lakin siyasətin yeganə təməli deyil. Azərbaycan bu coğrafi üstünlüklərdən məqsədyönlü şəkildə istifadə edir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə yaxın təmaslar, Avropa ölkələri ilə imzalanmış strateji sənədlər və Yaxın Şərqlə qurulan sıx münasibətlər, Azərbaycanın bölgədə körpü rolunu gücləndirir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələr dərinləşməkdədir. Təkcə Xəzər dənizi ilə ayrılmış bu iki region, əslində, nəqliyyat dəhlizləri və enerji infrastrukturunun inkişafı ilə bir-birinə daha da yaxınlaşır. Ölkəmiz gəmiqayırma müəssisələri, dəmir yolları, limanları və logistika imkanlarına yönəlmiş iri həcmli investisiyalar artıq öz bəhrəsini verir. Yüklərin həm Çindən Avropaya, həm də əks istiqamətdə Azərbaycan ərazisindən keçərək daşınması genişlənir. Bu isə ölkəmizin Orta Dəhlizin mühüm qovşağına çevrildiyini təsdiqləyir.
Beləliklə, Azərbaycanın Türk dünyasında, Mərkəzi Asiya ilə münasibətlərdə və qlobal siyasətdə getdikcə güclənən mövqeyi dövlət başçısının uzaqgörən siyasəti və strateji təşəbbüsləri ilə birbaşa bağlıdır. Forumda təqdim olunan baxış və çağırışlar isə bu istiqamətdə yeni hədəflərə işıq tutur.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri