Icma.az
close
up
RU
Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb AZƏRTAC

Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 21 yanvar, AZƏRTAC

Böyük Britaniya Parlamentində COP29-a həsr olunmuş panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Fariz İsmayılzadə, “GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra, Britaniya parlamentinin İcmalar Palatasının deputatı Barri Qardiner, Lordlar Palatasının üzvü Baronessa Helena Hayman, azərbaycanlı tələbələr və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

Fariz İsmayılzadə çıxışında qeyd edib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim məsələlərinə diqqətinin və yaşıl enerjiyə keçidə verdiyi önəmin göstəricisidir. Azərbaycanlı deputat ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində atdığı mühüm addımlardan və layihələrdən bəhs edib. “Masdar” və “ACWA Power” şirkətləri ilə günəş və külək enerjisinin istehsalı üzrə müqavilələrin imzalandığını, Qara dənizin altından keçməklə yaşıl enerjinin Avropaya ixracını təmin edəcək kabel layihəsinin planlaşdırıldığını qeyd edib. Bildirib ki, Azərbaycanda keçirilən COP29 qlobal iqlim gündəliyi üçün mühüm uğurlara imza atıb. Fariz İsmayılzadə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verən qanunvericilik təşəbbüslərini də diqqətə çatdırıb.

Britaniya parlamentinin üzvü Barri Qardiner çıxışında COP29-un qlobal iqlim hədəflərini daha da irəlilətdiyini deyib. O, həmçinin COP29-un yüksək səviyyədə təşkil edildiyinə diqqət çəkərək, Bakı şəhərinin son onillikdə misilsiz dəyişdiyini, tədbir iştirakçılarını heyrətləndirdiyini söyləyib. Britaniyalı deputat iqlim dəyişikliyinə dair hesabatlılığın vacibliyini qeyd edib, Azərbaycanda bu sahədə tətbiq edilən mexanizmlərlə maraqlanıb.

“GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra COP29-da iştirak təcrübəsini bölüşüb, Azərbaycanın qısa müddətdə qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər gördüyünü, bununla yanaşı COP29 Sədrliyinin fəaliyyət gündəliyinin bugünədək ən ambisiyalı və effektiv təşəbbüsləri ehtiva etdiyini vurğulayıb. O, COP29 Sədrliyinin İkillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsi istiqamətində gördüyü işi yüksək qiymətləndirib.

Tədbir iştirakçıları COP29-un Azərbaycanın yaşıl enerji təşəbbüslərinə daha da təkan verdiyini qeyd edərək, bu istiqamətdə gələcək layihələrin qlobal miqyasda əhəmiyyətli təsir yaradacağını vurğulayıblar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri