Icma.az
close
up
RU
Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır Deputat

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır Deputat

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şuşada keçirilən III Qlobal Media Forumu müasir informasiya mühitinin çağırışlarına və texnoloji transformasiyaların təsirlərinə dair qlobal diskussiyaların mərkəzinə çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən tədbir Azərbaycanın beynəlxalq mövqeyi və diplomatik nüfuzunun artmasını nümayiş etdirir. 52 ölkədən 140-a yaxın xarici qonağın qatıldığı Forum ölkəmizin qlobal media və informasiya təhlükəsizliyi sahəsində təşəbbüskar ölkə kimi çıxış etdiyini göstərir". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov

Parlamentari bildirib ki, Prezident İlham Əliyev Forum çərçivəsində çıxışında müasir dövrdə dövlətlərin etibarlı informasiya siyasəti yürütməsinin əhəmiyyətini vurğulayıb. İnformasiya sahəsində düzgünlük, şəffaflıq vəvətəndaşlarla açıq dialoq – bu üç prinsip dövlət etibarının qorumasında təməl meyarlardır.

"Forumda diqqət çəkən məq1amlardan biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki qlobal rolu ilə bağlı olub. Bu faktor Azərbaycanın yalnız region üçün deyil, Avropa və bütövlükdə Avrasiya üçün etibarlı enerji təchizatçısı olduğunu sübut edir. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür.

Ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın qlobal iqlim siyasətindəki yerini gücləndirib. Bu tədbir Azərbaycanın yaşıl enerji keçidinə nə dərəcədə ciddi önəm verdiyini göstərir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər 6 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 su elektrik stansiyası istismara verilib. Bununla yanaşı, Xəzər və Qara dənizlər üzərindən keçən enerji kabelləri vasitəsilə Avropaya yaşıl enerji ixracı ölkəmizi regionda enerji paylayıcı mərkəzə çevirir.

Prezident İlham Əliyevin çıxışında qlobal siyasətə dair səsləndirdiyi fikirlər ölkəmizin yeni reallıqların formalaşdırılmasında lider rol oynadığını bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və suverenliyini tam təmin etməsi həm də diplomatik uzaqgörənlik və siyasi iradə ilə əldə olunub. Bu reallıqlar beynəlxalq hüquq və ədalətin bərpasına yönəlmiş məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan heç vaxt təslim olmayıb və ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyindən geri çəkilməyib. Yeni geosiyasi şərtlər fonunda ölkəmizin mövqeyi regionun və qlobal güclərin diqqət mərkəzində qalmaqda davam edir.

Bununla yanaşı, dövlətimizin Orta Dəhliz üzərindən qitələrarası yük daşımalarını artırması onu mühüm logistika və nəqliyyat qovşağına çevirir. Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yük axınlarının ildən-ilə artması ölkəmizin bu sahədəki investisiya və infrastruktur imkanlarını da göstərir.

Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu təkcə media gündəmi deyil, Azərbaycanın beynəlxalq siyasət, enerji təhlükəsizliyi və yaşıl keçid üzrə vizyonunu dünyaya çatdırmaq baxımından da mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışı göstərir ki, ölkəmiz qlobal siyasətdə sabitlik, ədalətli və etibarlı tərəfdaşlıq nümunəsidir". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri