Icma.az
close
up
RU
Bu, Azərbaycanın mövqelərini qlobal miqyasda daha da möhkəmləndirir Millət vəkili

Bu, Azərbaycanın mövqelərini qlobal miqyasda daha da möhkəmləndirir Millət vəkili

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"ABŞ-ın vitse-prezidenti cənab Cey. Di. Vensin ölkəmizə səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatı Azərbaycan–ABŞ münasibətlərində yeni və keyfiyyətcə fərqli mərhələnin başlanğıcıdır. Bu səfər ilk növbədə onu göstərir ki, Azərbaycan artıq regionda beynəlxalq tərəfdaşlıqların formalaşmasında etibarlı və söz sahibi olan ölkədir. Cənab Prezidentin də vurğuladığı kimi, Tramp–Vens administrasiyasının ölkəmizə nümayiş etdirdiyi müsbət və konstruktiv münasibət Azərbaycanın beynəlxalq nüfuzunun real göstəricisidir".

Bunu millət vəkili Fatma Yıldırım 525.az-a deyib. 

O bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin institusional əsaslar üzərində qurulduğunu təsdiqləyən mühüm sənəddir. Xüsusilə qeyd olunmalıdır ki, qısa müddət ərzində aparılmış intensiv danışıqlar tərəflərin qarşılıqlı etimad mühitində işlədiyini açıq şəkildə göstərir.

Bu səfərin ən önəmli məqamlarından biri ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyin açıq və birmənalı şəkildə ifadə olunmasıdır. Son altı ayda regionda formalaşmış sabitlik, yeni əməkdaşlıq imkanları və iqtisadi perspektivlər artıq sülhün real nəticələr verdiyini sübut edir.

Xüsusilə nəqliyyat bağlantılarının genişlənməsi, regionun Asiya ilə Avropa arasında etibarlı tranzit məkanına çevrilməsi istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir. Azərbaycanın həm regional kommunikasiyaların açılması, həm də qonşu ölkələrlə tranzit və enerji əməkdaşlığı sahəsində atdığı addımlar ölkəmizin sülhə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Bu səfəri eyni zamanda təhlükəsizlik sahəsində tərəfdaşlığın yeni mərhələyə keçidi kimi qiymətləndirmək olar. Terrorizmə qarşı mübarizə, müdafiə sənayesi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, süni intellekt, rəqəmsal infrastruktur və Amerika şirkətləri ilə texnoloji əməkdaşlıq istiqamətləri Azərbaycanın gələcək inkişaf modelinin bilik və innovasiyaya əsaslandığını bir daha təsdiqləyir. Bu ölkəmizin enerji sahəsi ilə yanaşı, yüksək texnologiyalar üzrə də regional mərkəzə çevrilməsi hədəfinə tam uyğundur:

"Hesab edirəm ki, vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya siyasi, iqtisadi və təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətli və perspektivli hadisədir. Bu səfər bir daha göstərdi ki, Prezident İlham Əliyevin balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın mövqelərini qlobal miqyasda daha da möhkəmləndirir".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri