Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Deputat: Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirir

Deputat: Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. 

Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş cənab Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. 

Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır:

“Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.

Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər. 

Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir. 

Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı söylədi ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.

Deputat qeyd edib ki, Azərbaycan son illər enerji sahəsində fəaliyyətini genişləndirərək həm bölgədə, həm də Avropada mühüm qaz ixracatçısına çevrilib:

“Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir. Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında ön sırada dayanır. 

Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı alır. 

Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir”.

S.Salmanova bildirdi ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir:

“Beləliklə, Bratislavadakı görüşlər, aparılan danışıqlar və səslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafına yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin effektivliyini bir daha nümayiş etdirir. 

Hesab edirəm ki, bu əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi, enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin açılacağına əminlik yaradır. 

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri