Icma.az
close
up
RU
Azərbaycan qlobal səhnədə daha vacib oyunçuya çevrilir

Azərbaycan qlobal səhnədə daha vacib oyunçuya çevrilir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) 7-ci Zirvə Toplantısı keçirilib. Tədbirdə Avropada ümumi təhlükəsizlik, ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik, miqrasiya və digər məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib və bir sıra görüşlər keçirib.

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Vaşinqton görüşü sülh prosesində yeni mərhələnin əsasını qoydu, burada olan məsələlər Ermənistanın “ev tapşırığı”dır, halbuki iki ölkənin liderləri və nümayəndə heyətləri tərəfindən təcili müzakirə edilməli olan aktual məsələlər artıq mövcud deyil:

"Kopenhagen görüşündə tərəflər Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğuladılar, Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, nəqliyyat əlaqələrinin region üçün faydalarını qeyd etdilər, Azərbaycanda infrastrukturun inkişafı və Ermənistanda TRIPP layihəsi üzrə davam edən irəliləyişləri müzakirə etdilər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi apardılar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, qarşılıqlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Bu görüş sülh prosesində yeni mərhələnin əsasını qoydu, burada olan məsələlər Ermənistanın “ev tapşırığı”dır, halbuki iki ölkənin liderləri və nümayəndə heyətləri tərəfindən təcili müzakirə edilməli olan aktual məsələlər artıq mövcud deyil".

Deputatın sözlərinə görə, bu fikri təsdiqləmək üçün dünən Ermənistanın Milli Assambleyasında “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən hazırlanmış "Azərbaycanla sülhün bərqərar olunması haqqında"  bəyanat qəbul edilib:

"Bəyanatda bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri tərəfindən imzalanmış sazişlərin əsasında duran prinsiplər öz əksini tapıb. Ermənistan parlamenti iki ölkənin cəmiyyətini, eləcə də siyasi və ekspert dairələrini münaqişəni yenidən alovlandıran diskurs və hərəkətlərdən çəkinməyə çağırıb.

Sülh prosesinin hazırkı durumu Azərbaycanın öz ədalətli mövqeyini müdafiə etmək, qlobal miqyasda geosiyasi çəkisini və nüfuzunu gücləndirmək istiqamətində məqsədyönlü səylərinin nəticəsidir.

Belə ki, 2022-ci ildə Praqada keçirilən ASB-nin ilk Zirvə Toplantısında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Bakı Avropa İttifaqının Azərbaycana "casusluq" missiyasını genişləndirmək planlarını alt-üst etdi. Daha sonra Prezident İlham Əliyevin vasitəçilərin neytrallığı ilə bağlı prinsipial mövqeyi onun Qranada sammitində iştirakdan imtina etməsinə səbəb oldu və Fransa burada münaqişənin ədalətli həlli ilə bir araya sığmayan öz gündəmini tətbiq etməyə çalışdı.

Sonrakı illərdə diqqət enerji və infrastruktura yönəldi: Oksford sammitində İlham Əliyev Azərbaycanın etibarlı enerji təchizatçısı kimi strateji əhəmiyyətini vurğuladı və 2027-ci ilə qədər Aİ-yə qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağa hazır olduğunu bildirdi. Tiranada cənab Prezidentin  mövqeyi Orta Dəhlizin inkişafı kontekstində qəbul olundu və ölkəmizin əsas nəqliyyat və enerji qovşağı statusunu təsdiqlədi. rəsmi Bakının qətiyyətli siyasəti Ermənistanla Azərbaycan arasında nizamlanma məsələsini tədricən ASB formatından çıxarıb və bu məsələnin yalnız ikitərəfli təmas əsasında mümkün olduğunu sübut edib".

Parlamentari sonda qeyd edib ki, Azərbaycan ildən-ilə təkcə Avropada deyil, həm də qlobal səhnədə getdikcə daha vacib oyunçuya çevrilir və ASB-nin Zirvə Toplantıları sülh danışıqlarının yekun mərhələsi fonunda Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın müzakirəsi və genişləndirilməsi üçün əlverişli platforma kimi çıxış edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri