Icma.az
close
up
RU
Azərbaycan regionda sülhün təşəbbüskarıdır və əsas məqsəd sabitliyi möhkəmləndirməkdir POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan regionda sülhün təşəbbüskarıdır və əsas məqsəd sabitliyi möhkəmləndirməkdir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin Əl-Ərəbiyə telekanalına müsahibəsində səsləndirdiyi bu tezis əslində Cənubi Qafqazda geosiyasi tarazlığın dəyişdiyini göstərir. Azərbaycan müharibədən sonra qalib tərəf kimi regionda yeni reallıqlar yaradıb və indi əsas məqsəd bu reallıqları hüquqi sənədlə möhkəmləndirməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Prezidentin sülh müqaviləsinə dair mövqeyi həm beynəlxalq auditoriyaya mesajdır, həm də Ermənistana bir çağırışdır: uzunmüddətli sabitlik yalnız qarşılıqlı tanınma və bir-birinin suverenliyinə hörmət əsasında mümkündür: "Eyni zamanda, bu açıqlama Azərbaycanın regional əməkdaşlığa açıq olduğunu nümayiş etdirir. Çünki Bakı müharibədən sonra revanşist ritorikaya yox, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasına üstünlük verir. Sülh müqaviləsi imzalansa, bu, təkcə iki ölkə arasında deyil, həm də bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Belə bir sənədin imzalanması həm Türkiyə, həm də Avropa İttifaqı, hətta Yaxın Şərq ölkələri üçün də strateji əhəmiyyət daşıyır, çünki Cənubi Qafqaz enerji təhlükəsizliyində mühüm tranzit zonadır. Burada diqqətçəkən məqam odur ki, Azərbaycan artıq qlobal mətbuata çıxaraq öz mövqeyini beynəlxalq ictimaiyyətə izah edir. Bu, ölkənin diplomatik fəallığının artdığını və proseslərin yalnız ikitərəfli deyil, beynəlxalq kontekstdə də izlənildiyini göstərir.

Nəticə etibarilə, Prezidentin bu tezisi bölgədə sülhün labüdlüyünü önə çəkir və Ermənistan üçün bir seçim qoyur: ya regional əməkdaşlıqdan faydalanmaq, ya da təcrid vəziyyətində qalmaq. Azərbaycanın iradəsi isə açıq şəkildə bəyan olunub – sülh müqaviləsi təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, həm də yeni regional təhlükəsizlik arxitekturasının əsasını qoyacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri