Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb DEPUTAT

Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb" - DEPUTAT

44 günlük Vətən Müharibəsi dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistanla 30 ilə yaxın müddətdə danışıqlar apararaq münaqişənin sülh yolu ilə həllinə çalışdı. ATƏT-in Minsk qrupu fonunda beynəlxalq təşkilatların da iştirakı ilə aparılan danışıqlar prosesi heç bir nəticə vermədi, əksinə, rəsmi İrəvan vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirmək, daimi etmək səylərini daha da artırdı. Belə olduğu təqdirdə müharibə qaçınılmaz idi. Ölkəmiz işğalla barışa bilməzdi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti hərbi təxribatına qarşı başlayan və 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatı 10 noyabrda Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapituliyasiya aktının imzalanması ilə başa çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz düşmən üzərində parlaq Zəfər qazanmaqla xalqımızın 30 illik vətən həsrətinə son qoydu, qürurumuzu bərpa etdi. Ölkə rəhbərimizin düşünülmüş strategiyası, qətiyyəti və sarsılmaz siyasi iradəsi nəticəsində xalq-ordu və Ali Baş Komandanın vəhdəti qələbənin təminatçısı oldu".

Şanlı Azərbaycan ordusunun gücü qarşısında müqavimət göstərməkdə aciz qalan düşmən dinc əhalini hədəf almaqla müharibə cinayətləri törətdi.Təmas xəttinə yaxın və ondan uzaqda yerləşən rayon, şəhər və kəndlərimiz- Mingəçevir, Gəncə, Bərdə, Tərtər, Füzuli, Ağdam, Ağcabədi və sairə ballistik raketlərlə, kasetli və fosforlu mərmilərlə atəşə tutuldu. Hərbi əməliyyatlar zamanı 100-ə yaxın mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldu, 400-dən çox mülki vətəndaşlarımız yaralandı. Bununla yanaşı 5000-dən çox evə, dövlət müəssisələrinə ciddi ziyan vuruldu.

Müharibə dövründə hərbi əməliyyatlar zonasından kənar yaşayış massivlərinin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həyatını itirməsi müharibə cinayətdir. Rəsmi İrəvan Cenevrə Konvensiyanın tələblərini kobud şəkildə pozaraq işğalçı kimliyini bir daha sübut etdi.
Ermənistan hərbi-siyasi rəhbərliyi daxili auditoriya qarşısında uğursuzluqlarının kompensasiya etmək məqsədi ilə planlı şəkildə Azərbaycana qarşı müharibə cinayətlərinə imza atdı və rəsmi Bakı bu tip bütün faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Artıq tarixi qələbəmizdən 5 il ötür. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq hərbi, siyasi və iqtisadi gücü ilə regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Dövlət rəhbərimizin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, bölgədə həyat canlanır və hər birimiz illərdir həsrətində olduğumuz "Böyük Qayıdışa" şahidlik edirik.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri