Icma.az
close
up
RU
Azərbaycan Respublikası Konstitusiyasının leksik terminoloji sistemində millilik və beynəlmiləllik mövzusunda görüş keçirilib FOTOLAR

Azərbaycan Respublikası Konstitusiyasının leksik terminoloji sistemində millilik və beynəlmiləllik mövzusunda görüş keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası Konstitusiyasının leksik- terminoloji sistemində millilik və beynəlmiləllik” mövzusunda gənclərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun Ümumi dilçilik kaferasının müdiri, akademik, f.e.d, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayonun ali təhsil müəsissələrində təhsil alan gənc tələbələr iştirak edib.

Görüşün rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi təsadüfi deyildi. Konstitusiya, hüquqi dövlətin əsas dayağı kimi, bu il daha geniş şəkildə təbliğ olunmuş, onun prinsipləri ictimai və siyasi həyatımızda daha da möhkəmləndirilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası da məhz onun rəhbərliyi ilə hazırlanmış və ölkənin hüquqi-siyasi inkişafının əsasını qoymuşdur. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə siyasi sabitlik və iqtisadi inkişaf deyil, eyni zamanda beynəlxalq aləmdə güclü mövqe qazanmışdır. Xüsusilə əldə edilən tarixi Zəfərlər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə, Konstitusiyada əks olunan prinsip və dəyərlərin reallıqda təsdiqinə çevrildi. Bu Zəfər təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbədir. Azərbaycan xalqı öz iradəsini, mübarizə ruhunu və dövlətinə sədaqətini nümayiş etdirdi. Suverenliyin bərpası hüquqi baxımdan Azərbaycan tarixində yeni dövr açdı. Bu il həm də sübut etdi ki, güclü liderlik, xalqın birliyi və hüquqi əsasların möhkəmliyi dövlətin suverenliyini təmin edən ən vacib amillərdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Çıxış edən BDU-nun Ümumi dilçilik kaferasının müdiri, akademik, f.e.d, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov ilk öncə “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən və ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyası həm milli dövlətçilik prinsiplərinə, həm də beynəlxalq hüquq normalarına uyğun tərtib olunmuş ali hüquqi sənəddir. Onun leksik-terminoloji sistemi də bu iki istiqamətin – millilik və beynəlmiləlliyin – qarşılıqlı vəhdətini əks etdirir. Konstitusiyada istifadə olunan terminlərin bir qismi Azərbaycan xalqının dövlətçilik ənənələrinə, tarixən formalaşmış milli hüquq şüuruna əsaslanır. “Azərbaycan xalqı”, “müstəqillik”, “suverenlik”, “dövlət dili” kimi anlayışlar milli kimliyi və dövlətin milli əsaslar üzərində qurulduğunu vurğulayır. Bu terminlər Konstitusiyanın ideoloji ruhunu formalaşdırmaqda mühüm rol oynayır. Bu, Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi öz üzərinə götürdüyü öhdəlikləri, insan hüquqlarına və demokratik dəyərlərə sadiqliyini əks etdirir. Terminoloji baxımdan Konstitusiyada həm türk hüquq ənənələrindən gələn sözlər, həm də beynəlxalq hüquq sistemindən alınmış terminlər ahəngdar şəkildə istifadə olunur. Bu isə milli hüququn müasirliklə və qlobal hüquq sistemləri ilə sintezini təmin edir. Millilik – Konstitusiyanın ana dilində yazılması, milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına verilən yer və xalqın birliyinə vurğu ilə ifadə olunur. Beynəlmiləllik isə insan hüquqlarının ümumbəşəri xarakter alması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və hüquqi harmonizasiya ilə bərqərardır. Beləliklə, Konstitusiyanın leksik-terminoloji sistemi milli dövlət quruculuğu ilə beynəlxalq hüquqi inteqrasiyanın uzlaşdırıldığı bir hüquqi modelin nümunəsidir. Bu harmonik yanaşma Azərbaycan dövlətçiliyinin həm müstəqil, həm də qlobal hüquq ailəsinə mənsub bir dövlət kimi inkişafını təmin edir.

Çıxışlardan sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonra YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəal gənclərə sertifikatlar təqdim olunub.

Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri