Icma.az
close
up
RU
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Zəfər Gününün 5 ci ildönümü ilə əlaqədar Bəyanatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Zəfər Gününün 5 ci ildönümü ilə əlaqədar Bəyanatı

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Nəticədə çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlər dağıdılmışdır.

Bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və mübahisələri sülh yolu ilə həll etmək prinsiplərini pozaraq, Azərbaycanın suveren ərazisinə hərbi təcavüz etməklə sülh və təhlükəsizliyə, insanların həyat və sağlamlığına ciddi təhdidlər yaratmışdır.

Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, vətəndaşların həyat və sağlamlığının müdafiəsi, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatları həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, xalqımızın həmrəyliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi və bununla da tarixi uğura imza atmaqla şanlı Zəfər sevincini xalqımıza yaşatdı.

Müharibədən sonrakı dövrdə sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, habelə insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatları həyata keçirildi. Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə olunmuş qələbə nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi, regionda insan hüquq və azadlıqlarının qorunması üzrə geniş imkanlar yarandı.

Cari ilin avqust ayında ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün təmini məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə regionda yaşayan xalqların sülh şəraitində, bir-birlərinin daxili işlərinə qarışmadan firavan həyat sürmələri üçün münbit şəraitin əsası qoyulmuşdur.

Bütün müsbət irəliləyişlərə baxmayaraq, işğal və müharibə dövründə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz və ləyaqətli qayıdış hüququnun tam təmini və minatəmizləmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin ölkəmizə təqdim olunması kimi həlli vacib olan problemlər isə hələ də qalmaqdadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları beynəlxalq hüquq normalarının təmini, müharibə nəticəsində pozulmuş insan hüquq və azadlıqların bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi üçün birgə təşəbbüslərini əsirgəməməlidir.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya davamlı sülh və əmin-amanlıq arzu edirəm.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

6 noyabr 2025-ci il

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri