Icma.az
close
up
RU
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər?

Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin diqqətçəkən bir açıqlama verib. 

O, ölkəsində tərəvəz qıtlığının yaşandığını etiraf edib: 

“Rusiya ərazisində yetişdirilən kartofun, şəkər çuğundurunun və bir sıra digər tərəvəzlərin çatışmazlığı yaşayır. Biz bu sahələrin, o cümlədən emal sahələrinin sabitliyini təmin etməliyik”. 

Maraqlıdır, Rusiyada nə üçün tərəvəz qıtlığı yaşanır? Azərbaycan Rusiyanın tərəvəz ehtiyacının bir hissəsini qarşılaya bilər? 

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyada tərəvəz qıtlığının əsas səbəbi hava şəraitinin kəskin soyumasıdır: “Nəzərə almaq lazımdır ki, may ayında Rusiyanın tərəvəz yetişən bölgələrində qar yağmağa başladı və şaxta düşdü. 

Hansı ki, əvvəlki illərdə belə hal müşahidə edilməmişdi. Nəticədə, şaxtalı hava məhsulu sıradan çıxardı. Digər tərəfdən, Rusiyadakı iqtisadi böhranın da dərinləşdiyini nəzərə almaq lazımdır. 

Bu böhran səbəbindən də Rusiya hökuməti fermerlərin əldə etməli olduqları vəsaitlər vaxtında verə bilmədi. Yəni, maliyyə çatışmazlığı da tərəvəz qıtlığına ciddi təsir etdi”. Ekspert qeyd edib ki, Rusiyanın meyvə və tərəvəzlərə tələbatı böyükdür: 

“Azərbaycan isə onun sadəcə bir hissəsini ödəyə bilər. Bunun da ölkəmizin menyusuna uyğun həcmdə olması mümkündür. Rusiya bazarı üçün Azərbaycanın meyvə və tərəvəzləri o qədər də böyük həcm deyil. 

Lakin hər halda, müəyyən qisimdə tələbatın ödənilməsinə yardım edilə bilər. Məsələn, hazırda Azərbaycanda faraş kartofu mövsümüdür. Bu məhsulun ixracından fermerlər yaxşı qazanc götürə bilərlər”. 

Akif Nəsirli diqqətə çatdırıb ki, havaların yaz aylarında sərt keçməsi bütün ölkələrdə meyvə-tərəvəzin məhsuldarlığını aşağı salıb:

“Hal-hazırda Türkiyədə də eyni qıtlıq yaşanır. Bu, Azərbaycanın da şimal rayonlarına ciddi təsir göstərib. 

Lakin Mərkəzi Aran və cənub rayonlarımız isə bir qədər az zərər çəkib. Həmin bölgələrin meyvə-tərəvəzləri ilə bu il həm Rusiya, həm də Türkiyə bazarlarında yaxşı gəlir əldə etmək olar. Bunun üçün fermerlərimiz hərəkətə keçməlidir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Azərbaycan tərəvəz meyvə bazar Akif Nəsirli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri