Icma.az
close
up
RU
Azərbaycan Rusiyanı məhkəməyə verib, nə tələb edə bilər?

Azərbaycan Rusiyanı məhkəməyə verib, nə tələb edə bilər?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması bir neçə məsələni gündəmə gətirib. Onlardan biri də təyyarənin Rusiya tərəfindən vurulmasıdır.

Əgər xəbər təsdiqini taparsa ki, doğrudan da Azərbaycana məxsus təyyarəni Rusiya vurub, o zaman Moskvanın cəzalandırılması mümkündürmü?

Məsələn, Azərbaycan Rusiyanı məhkəməyə verə, ondan təzminat və yeni təyyarə tələb edə bilərmi?

Globalinfo.az-a danışan vəkil Elçin Sadıqov deyib ki, Azərbaycan baş verənlərlə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər.

Onun sözlərinə görə, bu müraciət bir çox məsələnin həllinə dəstək olar:

“Rusiyanın ölkəmizə məxsus sərnişin təyyarəsini vurması faktı ilə bağlı dövlətimiz Beynəlxalq Ədalət Məhkəməsinə müraciə edə bilər. Əminəm ki, bu faktla əlaqədar Rusiyanın cəzalandırılması barədə qərar qəbul ediləcək. Məhkəməyə müraciət həmin cinayəti törədən şəxslərin cəzalandırılmasında və vurulmuş zərərin tam ödənilməsində əsas rol oynaya bilər”.

Elçin Sadıqov

Vəkil kompensasiya ala bilməyin mümkünlüyünü vurğulayıb:

“Məsul şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, həyatını və sağlamlığını itirən hər bir şəxsə isə Beynəlxalq Mülki Aviasiya qaydalarına uyğun (SDR) kompensasiya ödənilməsi mümkündür”.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” E190 təyyarəsi dekabrın 25-də Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri