Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil ŞƏRH

Azərbaycan Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış etmək niyyətində deyil ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycanla Rusiya arasında münasibətlərin belə gərgin olması hər iki tərəf üçün müəyyən problemlər yaradır. Ancaq bunun günahkarı yalnız və yalnız Rusiya tərəfidir. Rusiyanın neoimperialist mövqeyi, sərhəd qonşuları olan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət çərçivəsində münasibətlərin qurulmasına əngəl törədir".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Azərbaycan-Rusiya arasında olan vəziyyətdən danışarkən bildirdi. Onun sözlərinə görə, Rusiya strateji tərəfdaşlığı da, strateji müttəfiqliyi də yalnız və yalnız Rusiyanın maraqlarına uyğun davranılması kimi qəbul edir:

"Yəni qarşı tərəfin maraqlarını və mövqeyini qətiyyən nəzərə almaq istəmir. Azərbaycan isə güclü dövlətdir və Rusiyanın maraqlarının ifadəçisi rolunda çıxış eləmək niyyətində deyil. Bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər Azərbaycan üçün əsas prioritetdir. Rusiya nə vaxt bu reallığı, beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın xarici siyasətini qəbul edərsə, o zaman da Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşa biləcəyinə ümid bəsləmək ola bilər. Ancaq hələlik Rusiya müəyyən siqnallar ötürsə belə, Azərbaycanla münasibətlərin normallaşdırılmasına hazır görünmür. Çünki Kreml öz davranışları ilə, Rusiya siyasi dairələri öz təhdidləri ilə Azərbaycanla düşmənçilik münasibətlərinə daha yaxın olduqlarını göstərirlər".

Elçin Xalidbəyli hesab edir ki, yaxın vaxtlarda bu gərginliyin aradan qaldırıla biləcəyi o qədər də inandırıcı təsir bağışlamır:

"Bu gərginliyin aradan qaldırılması üçün ilk növbədə Rusiyanın neoimperialist mövqedən geri çəkilməsi lazımdır. Azərbaycanla beynəlxalq hüquq normaları çərçivəsində bərabərhüquqlu münasibətlər qurması lazımdır və ən əsası isə Azərbaycana qarşı təhdidkar mövqedən imtina etməsi lazımdır. Azərbaycanın vurulmuş sərnişin təyyarəsinə görə Azərbaycandan üzr istəməsi lazımdır. Ən əsası isə, Rusiya ərazisində azərbaycanlılara qarşı zorakılıq kampaniyasının dayandırılması lazımdır. Yəni hələlik isə bütün bunların heç birisi müşahidə olunmur. Müşahidə olunmadığına görə də, yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin normal məcraya dönə biləcəyinə ümidlər o qədər də yüksək deyil".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri